Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb.
Elchi.az xəbər verir ki, sülhməramlı kontingentə məxsus ilk heyət və hərbi texnika artıq Qarabağ ərazisini tərk edir.
Bununla bağlı görüntülər də yayılıb.
Qeyd edək ki, rus sülhməramlılar 10 apreldə Kəlbəcərdə yerləşən Xudavəng monastır kompleksini tərk edib. Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.