Rus səfirin həyasız hədəsinə qazax fəaldan cavab – Video

55

Qazaxıstanlı fəal Arman Şurayev Rusiyanın bu ölkədəki səfiri Aleksey Borodavkinin Qazaxıstan ərazisində xüsusi əməliyyat keçirmək hədələrinə cavab verib.

Elchi.az xəbər verir ki, Şurayev xüsusi videomüraciətində Qazaxıstan çöllərinin rus əsgərlərinin cəsədləri ilə dolu olacağını deyib.

“Doqquz aydır ki, igid ukraynalılardan ağzınızın payını alırsınız. Allah eləməsin ki, bizə asan qələbə üçün gəlməyə qərar verəsiniz. Sizə asan qələbə olmayacaq – bütün qazax çöllərinə səfərbərlərinizin cəsədləri səpələnəcək”, – o bildirib.