“Rus propagandası dünyanın ən yaxşılarındandır. Çox professionaldırlar və incəliklə işləyirlər.
Ancaq fikir veririksə, belə peşəkarlar komandasına sahib ruslar, Ukrayna müharibəsi zamanı nə qədər çalışsalar da, fərqli yollar slnasalar da, atdıqları heç bir propaqanda addımı özünü tam doğrultmur”.
Elchi.az-ın məlumatına görə, bu barədə siyasi şərhçi Həşim Səhrablı FB hesabında bildirib:
“Xüsusilə, ruslar canlı hərbi qüvvə ilə işləmirlər. Yəni əsgərlər üzərində propaqanda aparılmır. Rus əsgəri dünyaya nümayiş etdirilmir, əksinə gizlədilir. Üzü gizlədilir, gözü gizlədilir, özü gizlədilir. Bunun bir çox səbəbləri var, ancaq əsas səbəb odur ki, rus əsgəri xoşbəxt deyil, işğalçı qismində başqa ölkəyə səfər onun əhvalını pozur və sadəcə gücə tabe olduğu üçün verilən əmri yerinə yetirir. Rus əsgəri döyüşmək istəmir, üzündə, gözündə bu istəksizlik görünür və Rusiya siyasi elitası bu səbəbdən canlı qüvvəni mütləq şəkildə gizlədir.
Məsələn, biz, bizim siyasi dairələr də əsgərlərimizin cəsur və cəsarətli, həm də həvəsli şəkildə cəbhəyə getməsini bəh-bəhlə paylaşa bilir, düşmənə gözdağı edə bilirdik. Ruslar edə bilir? Yox, əksinə Ukrayna tərəfi bunu edir…”.
Yeganə