Xalq artisti Röya Ayxan həyatını sığortalatmaq qərarına gəlib.
Elchi.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, estrada ulduzunu buna vadar edən səbəb üçgünlük solo konsertində riskli performans göstərməyi planlaşdırması olub.
Röya Bakı Konqres Mərkəzində baş tutacaq olan tədbirlərində həyati təhlükəsi olan xoreoqrafik hərəkətlərlə tamaşaçıları təəccübləndirməyi hədəf alıb. Həftələrdir hazırlıq prosesi davam edən xalq artisti bunları nəzərə alaraq həyatını sığortalatmaq niyyətinə düşüb.
Qeyd edək ki, 27-28-29 yanvar tarixlərində keçiriləcək solo konsertin rejissoru Ranar Musayevdir.
Bakıda yolun hərəkət hissəsindən keçməyə çalışan piyadanı minik avtomobili vurub
Yeraltı piyada keçidi bir neçə metr yaxınlığında idi, lakin onun yalnış seçim etməsi faciə ilə nəticələnib. Daxili İşlər Nazirliyi Nəqliyyatı...





















Son şərhlər