Rotterdam limanında bir həftə ərzində 5 tona yaxın kokain ələ keçirilib

49

Hollandiyanın Rotterdam limanında bir həftə ərzində 5 tona yaxın kokainin ələ keçirildiyi açıqlanıb.
Elchi.az xəbər verir ki, Rotterdam Prokurorluğundan verilən açıqlamada, 2022-ci ilin son günləri ilə 2023-cü ilin ilk günləri arasında bir həftə ərzində təhlükəsizlik qüvvələrinin Rotterdam Limanında çoxsaylı yoxlamalar apardığı bildirilib.
Nəzarətlər zamanı ümumilikdə 4 ton 726 kiloqram kokain müsadirə olunduğu və 34 nəfərin saxlanıldığı bildirilib.
Qeyd edilib ki, kokain Braziliya, Ekvador və Çili kimi Şimali Amerika ölkələrindən gələn gəmilərdə müxtəlif konteynerlərdə banan, ayaqqabı və dondurulmuş şirə qabları kimi müxtəlif yüklərin arasında gizlədilib.
Kokainin məhv edildiyi açıqlanıb.

Şayəstə