"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Rossiya 1” Azərbaycana dəstək verdi

21 Sentyabr 2015 - 11:36
in XƏBƏR LENTİ
FacebookVatsap

“Azərbaycan üzrə təxribatçı qətnamə Rusiya üçün siqnaldır”.

“Rossiya 1” telekanalında efirə gedən həftəlik “Vesti nedeli” (Həftənin xəbərləri) verilişində Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibətinə dair reportaj yayımlanıb.

Bunu da oxuyun

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib

Çin və Almaniya XİN başçıları Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər

Oxu.Az xəbər verir ki, reportajda Azərbaycanın ali qanunverici orqanı Milli Məclisin Avropa Parlamenti ilə münasibətlərin kəsilməsi ilə bağlı qərarından danışılır:

“Bu, Avropa Parlamentinin Azərbaycanın “ölkədə daima insan haqlarının pozulması” və “vətəndaş cəmiyyətinə qarşı daimi represiyyalar”da ittiham edildiyi qətnaməsinə cavabdır”.

Baş verənləri şərh edən Azərbaycan Prezidenti İlham Əliyev öz parlamentarilərini dəstəkləyib, Avropa qətnaməsini isə “tamamilə əsassız, yalan, böhtan və qərəzli münasibət üzərində qurulmuş siyasi təxribat adlandırıb”.

“Birincisi, kimisə ittiham etməzdən əvvəl sən bir güzgüyə bax. Bu gün bütün dünyanın gözü qarşısında Yaxın Şərqdən Avropaya pənah aparan qaçqınların taleyi göz qabağındadır, bu insanlar xarici müdaxilənin qurbanlarıdır, bu insanların ölkələri dağıdılıb, yerlə yeksan edilib.

Bunu kim edib? Xarici qüvvələr bu ölkələri dağıdıb, ölkələrin ərazi bütövlüyünü pozub, yüz minlərlə insanı məhv edib, milyonlarla insan öz yaxınlarını itirib və ondan sonra bu dözülməz şəraitə dözməyən insanlar artıq Avropaya gəlməyə başlayıblar. Və görün bunları Avropada nələr gözləyir? İslamofobiya, irqçilik, ksenofobiya. Budurmu Avropa dəyərləri? Avropa Parlamenti bu məsələlərlə məşğul olsa daha yaxşı olar”, – Əliyev bəyan edib.

Avropa Parlamentində sənədi tərtib edərkən nə boş ittihamlardan, nə də yalançı dəlillərdən kənar qalıblar. Azərbaycanı jurnalist Rasim Əliyevin qətlində ittiham ediblər. Guya ki, o, cari hakimiyyəti tənqid edirdi. Amma bu aşkar yalandır.

Azərbaycan və Kipr arasında keçirilən futbol matçı zamanı futbolçulardan biri qol vurduqdan sonra azarkeşlərə nalayiq jest etmişdi, Rasim öz Facebook səhifəsində belə bir idmançının ölkəni təmsil etməli olmadığını yazmışdı.

“Onu dövrəyə alıb döyüblər. Rasimi saytda yazdığına görə cəzalandırmaq istəyirdilər. Rasim ümumiyyətlə, siyasət ilə məşğul olmurdu”, – Rasimin anasıTeyfurə Əliyeva bildirib.

“Qətnamədə məişət cinayətini süni şəkildə siyasiləşdiriblər. Bu metodika çoxdan istifadə edilir.  Bu, ölkə üçün mənfi imicin yaradılması və ona təzyiq etmək üçündür. Onlar evdə kimin böyük olduğunu göstərmək istəyirlər”, – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlər arası əlaqələr Komitəsinin sədri, Azərbaycanın ATƏT-dəki heyətinin rəhbəri Səməd Seyidov əminliklə bildirib.

Avropa Parlamentinin daha bir tələbi Azərbaycan ərazisində qeyri-hökumət təşkilatlarının təcili bərpasıdır. Bu artıq təcrübədən keçirilib. Bu QHT-lərin nəyə lazım olduğunu və xarici agentlərin ölkənin daxili siyasətinə qarışmasının nə ilə nəticələndiyini 2013-cü ildə prezident seçkilərindən öncə Azərbaycan gördü. Qərb pulunun hesabına müntəzəm olaraq kütləvi iğtişaşlar yaradırdılar.

İnsanları orduda baş verən özbaşınalığa qarşı yürüş adı ilə yığdılar, amma bir saat keçməmiş şüarlar “Azad Azərbaycan!” və “Hakimiyyət – istefa!” şüarları ilə əvəz edildi. Hər sırada 10 nəfər, sağ yumruq havada, çox asta hərəkət edirdilər ki, kamera və fotoaparatı olan insanlar irəliləməyi çatdıra bilsinlər. Hamı tünd rəngli gödəkçələrdədir.

Koordinatorlar ağ geyimli insanlar idi. Öndə pencəkli insan sağ cinahın geri qalmamasına nəzarət edirdi.

Ağ köynəkli adam – Ruslan Əsədovdur, qərargahı – Vaşinqtonda olan Amerikanın “Milli demokratiya institutu”nun – NDİ-nin ştatda olan işçisi.

Təşkilatın nümayəndələri daha sonra etiraf ediblər: mitinqi öncədən hazırlayıblar. Sosial şəbəkələr vasitəsilə fəallar iki yüz min ismarıc yollayıblar. Perspektivli namizədlər ilə şəxsən görüşüblər.

“Bu gün Azərbaycan sabitliyin qorunub-saxlandığı yeganə müsəlman ölkəsidir. Rusiya ilə artan mal dövriyyəsi Moskvaya qarşı sanksiyalar tətbiq edən Qərbin narazılığına səbəb olmaya bilməz”, – deyə, Trend News Agentliyinin Rusiya xidmətinin rəhbəri Elmira Tarıverdiyeva qeyd edib.

“Bizim Rusiya ilə münasibətlərimiz açıq-aşkar kimisə qıcıqlandırır. Suriyadakı miqrantlarla bağlı məsələdə bizim mövqelərimiz praktiki olaraq, üst-üstə düşür. Yaxın Şərqi qarışqa yuvası kimi qarışdıran elə Qərb oldu. Hər şey Tunisdən başladı, daha sonra Liviya, İraqa keçdi”, – deyə, politoloq, Qərb universitetinin professoru, beynəlxalq münasibətlər üzrə ekspert Fikrət Sadıqov bildirib.

Avropa Parlamentinin qətnaməsi – ekspertlər davam edirlər – Azərbaycanın son illərdə NATO ilə yaxınlaşmaqdan imtina etməsinə reaksiyadan başqa bir şey deyil. Təkliflər müntəzəm daxil olur. Maksimum nail olduqları isə budur ki, Bakı Şimali Atlantika İttifaqına nəqliyyat təyyarələrini öz bazalarına endirməyə icazə verdi. Silahdan başqa hər şey daşımaq olar şərti NATO-nu açıq-aşkar qane etmir.

Azərbaycanın şərqindəki qəsəbələrdən birində yerləşən hərbi aerodromda NATO təyyarələri müntəzəm eniş edirlər. Bundan sonra yüklər Xəzər dənizi üzərindən Əfqanıstana yola salınır. NATO rəhbərliyi Ukraynadakı müharibənin qızğın vaxtında Azərbaycan ərazisindəki hərbi texnikasının sayını artırmaq məqsədilə məxfi sənəd imzalayıb. Əsas fikir Azərbaycanla əməkdaşlığın təcili genişləndirilməsi, əsas məqsəd isə Rusiyaya aşkar siqnal verməkdir.

Bakı buna cavab olaraq, öz snayper silahlarının istehsalına başladı, NATO-ya daxil olmaq məsələsini isə heç qaldırmayıb belə. Bu arada Rusiya ilə münasibətlər ildən ilə möhkəmlənir. 2015-ci ilin əvvəlindən ölkələr arasında qarşılıqlı mal dövriyyəsi 6% artıb və bu hələ son deyil, ekspertlər əmindirlər.

Rusiyada mağazaların piştaxtalarında Azərbaycan tərəvəzləri və meyvələri günbəgün artır, indi bu məhsulları gömrükdəki “yaşıl dəhliz”lə ixrac etmək mümkündür. Rusiyadan Azərbaycana isə milyardlarla kubmetr qaz – “Qazprom” Bakının neft şirkəti ilə danışıqlar aparır – artıq bu ilin sonunda nəql oluna bilər”, – deyə, “Rossiya 1”in reportajında qeyd olunur.

 

Previous Post

“Rossiya 1” Azərbaycana dəstək verdi

Next Post

İlham Əliyev Əlillərin Bərpa Mərkəzinin açılışında

Bənzər yazılar

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

21 Sentyabr 2026 - 22:59

Sabah Bakının Yasamal, Sabunçu və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Elchi.az xəbər verir ki, bu barədə...

Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib

Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib

21 Sentyabr 2026 - 22:56

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasında iştirakı zamanı "Türk Evi"ndə Vyetnam Prezidenti To...

Çin və Almaniya XİN başçıları Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər

Çin və Almaniya XİN başçıları Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər

21 Sentyabr 2026 - 21:52

Çinin xarici işlər naziri Van İ almaniyalı həmkarı Yohann Vadeful ilə Rusiya-Ukrayna münaqişəsini, eləcə də İrandakı vəziyyəti müzakirə edib. Elchi.az...

“Racing Bulls” komandası “Formula 1″in Bakı mərhələsi üçün qeyri-adi poster nümayiş etdirib

“Racing Bulls” komandası “Formula 1″in Bakı mərhələsi üçün qeyri-adi poster nümayiş etdirib

21 Sentyabr 2026 - 21:51

İtaliyanın "Formula 1" komandası "Visa Cash App Racing Bulls" qarşıdan gələn Bakı Qran-prisi üçün ənənəvi Azərbaycan xalçası üslubunda tərtib edilmiş...

Next Post

İlham Əliyev Əlillərin Bərpa Mərkəzinin açılışında

İlham Əliyev Əlillərin Bərpa Mərkəzinin açılışında

Son xəbərlər

Pezeşkian ABŞ-nin Yaxın Şərq siyasətinin İslam ölkələrini yaxınlaşdırdığını bildirib

Pezeşkian ABŞ-nin Yaxın Şərq siyasətinin İslam ölkələrini yaxınlaşdırdığını bildirib

21 Sentyabr 2026 - 23:04
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

21 Sentyabr 2026 - 22:59
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib

Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib

21 Sentyabr 2026 - 22:56
Türkiyədə silahlı insident zamanı üç nəfər ölüb

Türkiyədə silahlı insident zamanı üç nəfər ölüb

21 Sentyabr 2026 - 22:54
Çin və Almaniya XİN başçıları Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər

Çin və Almaniya XİN başçıları Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər

21 Sentyabr 2026 - 21:52
“Racing Bulls” komandası “Formula 1″in Bakı mərhələsi üçün qeyri-adi poster nümayiş etdirib

“Racing Bulls” komandası “Formula 1″in Bakı mərhələsi üçün qeyri-adi poster nümayiş etdirib

21 Sentyabr 2026 - 21:51
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb

Sumqayıtda avtomobilin vurduğu piyada ölüb

21 Sentyabr 2026 - 21:49
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb

ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb

21 Sentyabr 2026 - 21:46
Tehranda Fransa səfirliyi ilə əlaqəli müəssisənin bağlanma səbəbi açıqlanıb

Tehranda Fransa səfirliyi ilə əlaqəli müəssisənin bağlanma səbəbi açıqlanıb

21 Sentyabr 2026 - 21:44
Zelenski: Enerji obyektlərinə zərbələr dayandırılsa, Kiyev Rusiya ilə deeskalasiyaya hazırdır

Zelenski: Enerji obyektlərinə zərbələr dayandırılsa, Kiyev Rusiya ilə deeskalasiyaya hazırdır

21 Sentyabr 2026 - 21:43
Serbiyada Azərbaycanın da qatılacağı sərgi üçün tikinti icazəsi verilib

Serbiyada Azərbaycanın da qatılacağı sərgi üçün tikinti icazəsi verilib

21 Sentyabr 2026 - 20:11
Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb

Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb

21 Sentyabr 2026 - 20:09
Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

21 Sentyabr 2026 - 20:07
Türkiyədə keçmiş MİT əməkdaşının ölümünə görə jurnalist həbs edilib

Türkiyədə keçmiş MİT əməkdaşının ölümünə görə jurnalist həbs edilib

21 Sentyabr 2026 - 20:05
Vens Trampın Zelenski ilə görüşündən sonra Ukrayna üzrə irəliləyişə ümid edir

Vens Trampın Zelenski ilə görüşündən sonra Ukrayna üzrə irəliləyişə ümid edir

21 Sentyabr 2026 - 19:57
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.