10 min ukraynalı əsgərdən söhbət gedə bilər, Roqov deyib.
Elchi.az xəbər verir ki, Çərşənbə günü, iyunun 7-də Zaporojye ictimai hərəkatının rəhbəri Vladimir Roqov bildirib ki, Ukrayna Silahlı Qüvvələri Zaporojye istiqamətinə böyük bir qoşun dəstəsi keçirməyə hazırlaşır.
Roqov dəqiqləşdirib ki, hazırda Ukrayna qoşunları Dnepr çayının sağ sahilində müdafiə xətti qurmağa başlayıb. Bu, buraxılan ehtiyatları Zaporojye istiqamətinə köçürmək üçün edilir.
“Biz Ukrayna Silahlı Qüvvələrinin 10 min və ya daha çox yaraqlıdan ibarət qrupları haqqında danışa bilərik”, – RİA Novosti Roqovdan sitat gətirir.
Şayəstə Hüseynova