Roqov: Ukrayna hücum üçün qrup yaratmağa başladı

54

Zaporojye vilayəti administrasiyasının baş şurasının üzvü Vladimir Roqov bildirib ki, operativ məlumatlara əsasən, Ukrayna cənubda hücum üçün zərbə qüvvəsi formalaşdırmağa başlayıb.

Elchi.az bu barədə Rusiya mediasınan istinadən xəbər verir.

“Söhbət Zaporojye vilayətinin azad edilmiş hissəsinə qarşı yaz hücumu hazırlamaqdan gedir”.

Roqovun sözlərinə görə, Ukrayna hərbçiləri Rusiya qüvvələrini kəsmək, Krıma gedən quru dəhlizini bağlamaq və Azov dənizi sahillərinə çatmaq məqsədini güdəcək.

O, əlavə edib ki, Ukrayna ordusunun əsas ehtiyatları Dnepropetrovsk vilayətində və qismən də Zaporojye vilayətinin Kiyevin nəzarətində olan hissəsində cəmlənib.

“Bu günə olan məlumata görə, artıq 12 minə yaxın insan ora köçürülüb”, – deyə Roqov bildirib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin əks hücumu martın sonu – aprelin əvvəlində başlaya bilər.

Yeganə