"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Roma papası uduzdu

19 Oktyabr 2014 - 11:58
in CƏMİYYƏT
FacebookVatsap
Roma papası Francis-in homoseksuallara və boşanaraq ikinci nikaha girənlərə daha iltifatlı münasibət barədə img1658289təklif etdiyi hesabat Katolik Kilsəsinin ali orqanı olan sinod tərəfindən rədd edilib.
Bu təkliflərin yer aldığı fəsillər səsvermədən keçməyib və sənəddən çıxarılıb.
Müxbirlər bildirirlər ki, katolik kilsələrinin geylərə və boşandıqdan sonra ikinci evliliyə girmiş katoliklərə daha geniş qucaq açmasını nəzərdə tutan müddəalar üzərində xeyli redaktə işi getmiş və bu müddəalar son dərəcə ümumiləşdirlmişdi, lakin buna baxmayaraq hətta belə zəif mətn də sinodu razı salmayıb.
Bu iki müddəa sənəddən çıxarıldıqdan sonra hesabat layihəsi qəbul olunub.
Səsvermədən sonra jurnalistlər və müşashidəçilər qarşısında çıxış edən Roma papası deyib ki, təklif edilən müddəalar barədə “canlı və qızğın mübahisələr getməsəydi və ya əksinə hamı sənədi saxta bir sükutla qəbul etsəydi o, daha çox kədərlənərdi”.
Allahın sürprizləri
Özünün son dərəcə diplomatik çıxışında Francis ata həmçinin “yazılmış sözdən yapışıb duranların”ın və özlərini “Allahın sürprizlərindən gizlədənlərin” “davakar inadkarlığının” ziyanlarından danışıb.
Xəbər verilir ki, hesabatın təsdiq olunmuş variantından çıxarılmış müddəlarda yazılmışdı ki, “homoseksual insanlar da xristian icmasına töhfə vermək üçün istedad və bacarıqlara malikdirlər”. Təsdiq olunmuş variantda isə deyilir ki, “homoseksuallara qarşı ayrı-seçkilikdən yan keçmək lazımdır”.
Roma papası bildirib ki, hesabat “oradan çıxarılmış hissələr də daxil olmaqla” tam mətndə dərc olunacaq.
Francis ata deyib ki, qəbul olunmuş sənəd hökm və ya “direktiv sənəd” deyil və sözü gedən məsələlərin gələcəkdə də müzakirə ediləcəyi istisna olunmur.
Məsələ gündəlikdə qalır
Müxbirlər bildirirlər ki, iki həftə davam edən sinod Katolik Kilsəsinin 21-ci əsrdə insan seksuallığına münasibət məsələsində yaşadığı fikir ixtilafını nümayiş etdirib.
Beləliklə, Roma papasının İncilə işarə edərək “özlərini yazılanların çərçivəsində məhbus etməməyə” çağırdığı kardinallar və yepiskoplar müqəddəs atanın müraciətinə məhəl qoymayıblar.
Bununla belə, sənəddən çıxarılmış müddəalar səslərin 50 faizindən çoxunu qazanıb, hərçənd hesabatda təsbit olunmaq üçün onlara kardinalların üçdə iksinin səs verməsi zəruri idi.
Müşahidəçilərin fikrincə elə bu məqam məsələnin bir ildən sonra Romada daha geniş heyətdə keçiriləcək sinodda gündəmə gəlməsinə imkan yaradacaq.
Ailə məsələlərinə həsr olunmuş Vatikan sinoduna 200-dən çox yepiskop qatılmışdı.
Nailiyyət, yoxsa xəyanət?
Britaniya katoliklərinin “The Tablet” jurnalından Christopher Lamb deyib ki, bu məsələlərin elə gündəmə gətirilməsinin özü çox böyük dəyişiklikdir.
Cənab Lamb əlavə edib ki, sinodda iştirak edən yepiskopların gəldiyi ölkələrin çoxunda homoseksuallığın qanunla qadağan olunduğu da nəzərə alınmalıdır.
O deyib ki, artıq “homoseksuallıq” sözü kilsə müzakirələrinin dilinə daxil olub.
Mühafizəkar ruhanilər isə hesabat layihəsinin müzakirəyə çıxarılmasını “xəyanət” adlandırıblar.
“Azadlıq” radiosu

 

Bunu da oxuyun

Yasamalın bir hissəsində bu gün elektrik enerjisi olmayacaq

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Məktəblərdə bir şagirdə düşən illik təhsil xərcləri təsdiqlənib

Previous Post

“Qafqazda Pentaqonun gizli laboratoriyası var”

Next Post

Ərdoğan kimə və niyə əsəbiləşdi?..

Bənzər yazılar

Yasamalın bir hissəsində bu gün elektrik enerjisi olmayacaq

Yasamalın bir hissəsində bu gün elektrik enerjisi olmayacaq

27 Oktyabr 2026 - 09:18

Bu gün təmir işləri ilə əlaqədar Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. "Azərişıq"dan Elchi.az-a verilən məlumata görə,...

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

26 Oktyabr 2026 - 23:45

Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib. Elchi.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla...

Məktəblərdə bir şagirdə düşən illik təhsil xərcləri təsdiqlənib

Məktəblərdə bir şagirdə düşən illik təhsil xərcləri təsdiqlənib

26 Oktyabr 2026 - 18:45

“Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən...

Məktəblərdə təhsilin səviyyələri üzrə adambaşına maliyyələşdirmədə artım əmsalları müəyyənləşib

Məktəblərdə təhsilin səviyyələri üzrə adambaşına maliyyələşdirmədə artım əmsalları müəyyənləşib

26 Oktyabr 2026 - 18:16

“Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik...

Next Post

Ərdoğan kimə və niyə əsəbiləşdi?..

Ərdoğan kimə və niyə əsəbiləşdi?..

Son xəbərlər

Avropada yeni təhlükəsizlik qalxanı: ABŞ-ın əvəzinə Fransa nüvə çətiri

Avropada yeni təhlükəsizlik qalxanı: ABŞ-ın əvəzinə Fransa nüvə çətiri

27 Oktyabr 2026 - 11:17
Kobaxidze Bakıda Gürcüstan səfirliyinin yeni binasının inşası ilə bağlı qərar imzalayıb

Kobaxidze Bakıda Gürcüstan səfirliyinin yeni binasının inşası ilə bağlı qərar imzalayıb

27 Oktyabr 2026 - 11:10
Apple ekran problemi olan “iPhone Duo” cihazlarını dəyişdirəcək

Apple ekran problemi olan “iPhone Duo” cihazlarını dəyişdirəcək

27 Oktyabr 2026 - 10:59
Prezident İlham Əliyev: Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Prezident İlham Əliyev: Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

27 Oktyabr 2026 - 10:46
Azərbaycan Prezidenti: Beynəlxalq siyasətdə ikili standartlar siyasətinə tamamilə son qoyulmalıdır

Azərbaycan Prezidenti: Beynəlxalq siyasətdə ikili standartlar siyasətinə tamamilə son qoyulmalıdır

27 Oktyabr 2026 - 10:33
Prezident: Azərbaycanın təcrübəsi müharibəni necə dayandıracağını bilməyənlər tərəfindən öyrənilməlidir

Prezident: Azərbaycanın təcrübəsi müharibəni necə dayandıracağını bilməyənlər tərəfindən öyrənilməlidir

27 Oktyabr 2026 - 10:29
Prezident: Ermənistanın işğalı altında olmuş ərazilərimizi azad etdik, ədaləti, ləyaqətimizi bərpa etdik

Prezident: Ermənistanın işğalı altında olmuş ərazilərimizi azad etdik, ədaləti, ləyaqətimizi bərpa etdik

27 Oktyabr 2026 - 10:20
Prezident: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu səmərəli platformalardan birinə çevrilib

Prezident: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu səmərəli platformalardan birinə çevrilib

27 Oktyabr 2026 - 10:13
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib – VİDEO – YENİLƏNİB

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib – VİDEO – YENİLƏNİB

27 Oktyabr 2026 - 10:06
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb

Azərbaycan neftinin qiyməti 127 dolları ötüb

27 Oktyabr 2026 - 09:58
Azərbaycan və Rusiya enerji sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Rusiya enerji sahəsində əməkdaşlığı müzakirə edib

27 Oktyabr 2026 - 09:47
Azərbaycan və İran enerji əməkdaşlığının inkişaf perspektivlərini müzakirə edib

Azərbaycan və İran enerji əməkdaşlığının inkişaf perspektivlərini müzakirə edib

27 Oktyabr 2026 - 09:35
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

27 Oktyabr 2026 - 09:26
Yasamalın bir hissəsində bu gün elektrik enerjisi olmayacaq

Yasamalın bir hissəsində bu gün elektrik enerjisi olmayacaq

27 Oktyabr 2026 - 09:18
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

26 Oktyabr 2026 - 23:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.