İtaliyanın “Roma” klubu İspaniya təmsilçisi “Atletiko Madrid”in müdafiəçisi Nahuel Molinanın transferini yekunlaşdırmağa yaxındır.
Elchi.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin iddiasına görə, tərəflər 28 yaşlı argentinalının transferi üçün 18 milyon avro qarşılığında razılığa gəliblər.
Bildirilir ki, “Roma” futbolçu ilə şəxsi müqavilənin bütün şərtlərini də razılaşdırıb. Yaxın vaxtlarda transferin rəsmən açıqlanacağı gözlənilir.
Nahuel Molina 2020-2022-ci illərdə İtaliyanın “Udineze” klubunun formasını geyinib. O, 2022-ci ildə İspaniyanın “Atletiko Madrid” komandasına keçib və son 4 mövsümü Madrid təmsilçisinin heyətində keçirib.
Qeyd edək ki, “Roma” 2025/2026 mövsümündə A Seriyasını üçüncü pillədə başa vuraraq 2026/2027 mövsümündə UEFA Çempionlar Liqasında iştirak hüququ qazanıb.





















