EN RU

Rodri İspaniya nəhəngi ilə anlaşdı

İspaniya millisinin və İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Rodri Ernandes bu yay “Real Madrid”ə keçməyə çox yaxındır.

Bunu da oxuyun

Elchi.az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.

Mənbənin iddiasına görə, 30 yaşlı yarımmüdafiəçi şəxsi şərtlərlə bağlı “Real Madrid”ə razılıq verib. Tərəflər arasında müqavilə detallarının yekunlaşdırılmasına az qalıb. Bildirilir ki, klub prezidenti Florentino Peres də 2024-cü ilin “Qızıl top” mükafatçısını transfer etməkdə getdikcə daha qətiyyətli mövqe tutur.

Hazırda Rodri ilə “Mançester Siti” arasında müqavilənin müddəti cəmi bir ildir. İngiltərə klubu bir müddət əvvəl ona yeni müqavilə təklif etsə də, ispan futbolçu hələlik bu təklifə cavab verməyib.

Klublar arasında rəsmi danışıqlar hələ başlamayıb. Lakin “Real Madrid” “Mançester Siti”nin tələb edəcəyi məbləği ödəməyə razı olsa, Rodrinin “Santyaqo Bernabeu”ya transferi tezliklə reallaşa bilər.

Qeyd edək ki, Rodri DÇ-2026-da İspaniya millisi ilə çempion olub. O, həmçinin turnirin ən dəyərli futbolçusu (MVP) seçilib.

Bənzər yazılar

Next Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

WP2Social Auto Publish Powered By : XYZScripts.com