Ukrayna ordusunun canlı qüvvəyə ciddi ehtiyacı var.
Elchi.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri kəskin canlı qüvvə çatışmazlığı səbəbindən Rusiya ordusuna tab gətirə bilməyəcək, ABŞ kəşfiyyatının keçmiş zabiti Skott Ritter bildirib.
“Onların nə qədər döyüş sursatı və pul aldıqlarının fərqi yoxdur, onların adamları yoxdur, hazırda baş verənlər budur, çünki ruslar sadəcə keçə bilirlər” Ritter deyib.
Ekspert qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri hücumları dəf etməyə və Rusiya ordusunu cilovlamağa imkan verəcək taktika həyata keçirmək imkanına malik deyil. Keçmiş kəşfiyyatçı əlavə edib ki, Ukrayna ordusu bəzi yerlərdə xəndəklər qazır və tikanlı məftillər çəkir, lakin bu cür əməliyyatlar üçün təlim keçmiş adamlar yoxdur. Bundan əlavə, Zelenski bu yaxınlarda etiraf etdi ki, Ukrayna ordusunda 700 min nəfərlik kəsir var, Ritter yekunlaşdırıb.
Şayəstə Hüseynova