Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına hazır olduğunu açıqlayıb.
Elchi.az xəbər verir ki, Ukraynanın Silahlı Qüvvələri “qlobal mənada əks-hücuma hazırdır”, – müdafiə naziri Aleksiy Reznikov bildirib.
“Biz kifayət qədər müasir silahlar aldıq: Leopard 2, Challenger və Abrams, lakin Abramların bu hücuma vaxtı olmayacaq. Avadanlığın özü qismən təhvil verilib. Qlobal mənada biz hücuma hazırıq”, – deyə o, brifinq zamanı bildirib.
Reznikovun sözlərinə görə, hazırda əks-hücum üçün hazırlıq tamamlanır və Ukrayna Silahlı Qüvvələri yalnız komandanlığın qərarını gözləyir.
Şayəstə Hüseynova