İranın nüvə proqramına dair razılaşma uğursuz nəticələnib. |
Bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib. Onun sözlərinə görə, Birgə Hərtərəfli Fəaliyyət Planı İranı nüvə statusundan məhrum etməyib.
“ABŞ İrana qarşı çox dözüm nümayiş etdirib. Biz onlara çox vaxt verdik. Lakin bu vaxt İranın nüvə dövləti olmaq məqsədini yalnız təxirə salıb. Artıq Amerikanın da səbri tükənib”, – deyə Tillerson bildirib.
ABŞ rəsmisi bəyan edib ki, artıq İrana layiqli cavab veriləcək:
“Biz İrana çox vaxt verdik. Onlara başa salmaq istədik ki, Amerika sülh tərəfdarıdır. Biz İranı çirkin niyyətlərindən döndərmək istədik. Görünür bu cəhdlərimiz uğursuz oldu. ABŞ İrana layiqli cavab verəcək. Artıq İranla hərbi dildə danışmağın vaxtı çatıb”.
Qeyd edək ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” – Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Qəbul edilmiş qətnamə İranın nüvə proqramı ilə bağlı sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.