Regionda ilk dəfə keçirilən “Öz mahnını oxu” adlı musiqi müsabiqəsi baş tutub

🗓 04.11.2023 11:17 ✍️ "Elçi" qəzeti
Regionda ilk dəfə keçirilən “Öz mahnını oxu” adlı musiqi müsabiqəsi baş tutub
Azərbaycan Gənclər Fondunun təşkil etdiyi “Öz mahnını oxu” adlı layihənin müsabiqə mərhələsi keçirilib. Elchi.az xəbər verir ki, müsabiqədə bir çox dövlət qurumlarının nümayəndələri, ekspertlər, musiqiçilər və Göyçay gəncləri iştirak ediblər. Müsabiqənin münsiflər heyəti iştirakçılara təqdim edildikdən sonra gənclərin ifaları dinlənilib. On beş ifaçı arasından Əvəz Əmirli “Sinyaya veçnost” mahnısı ilə birinci yeri, Namiq Məhərrəmli “Küçələrə su səpmişəm” mahnısı ilə ikinci yeri, Nailə Fətəliyeva isə “Dilbərim” mahnısı ilə üçüncü yeri tutub. Layihə Göyçay, Ağdaş və Ucar rayonlarında yaşayan, musiqi istedadı olan 18-29 yaş arası gənclərin istedadlarının üzə çıxarılmasını və onların tanıdılması məqsədilə baş tutub. Qeyd edək ki, müsabiqənin keçirilməsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyi, Göyçay Heydər Əliyev Mərkəzi və Arif Məmmədov adına Göyçay Musiqi Məktəbi ilə əməkdaşlıq edilib.

Bənzər yazılar