"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Razi Nurullayev yazdı: “Yeni siyasi birliyə gedən yol”

12 Noyabr 2015 - 02:14
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

 “Əli Kərimli yeni yaranacaq siyasi birlikdə olmalıdırmı?”

Təkbaşına liderlik

Təkbaşına liderlik siyasi təmərküzləşmə üçün ən asan yoldur. Artıq sual və cavablara yer qalmır. İdarəçilik çox asanlaşır. Amma çox əfsus ki, bu gün özüm daxil olmaqla Azərbaycanda bir nəfər siyasətçinin bütün siyasi qüvvələri öz ətrafında təmərküzləşdirməsi mümkün deyil. Bu təmərküzləşməni bir zamanlar Azərbaycanın müstəqillik tarixinin demokratik yolla seçilmiş prezidenti, mərhum liderimiz Əbülfəz Elçibəy bacarıb. 2003-cü il prezident seçkilərində isə az-çox sabiq Müsavat başqanı İsa Qəmbər bunu təkrarlamağa, yaxud bu təmərküzləşməyə nail olmağa çalışdı. Tam olmasa da, müəyyən mənada buna nail oldu. Amma prosesi bütünlükdə əhatə edə bilmədi. Buna qədər və sonra da müəyyən mənada ciddi sayılacaq addımlar atılıb, amma bu addımlar ölkənin siyasi taleyini dəyişəcək gücə çevrilməyib. Bu gün Azərbaycanda haqqında söz açıla bilən ciddi bir siyasi təmərküzləşmə yoxdur. Ölkə əhalisi isə nə qədər qeyri-populyar olsa da hələ də müxalifət adına iddia edənlərin bir yerdə olmasına isti yanaşmağa meyllidir. Doğrudur, ən səmimi hislər və ideallar üzərində belə qurulan siyasi birlikləri xalqa qəbul etdirmək üçün çoxlu səy lazım gələcək. Çünki indiyə kimi siyasi birliklərdə intriqalar, birincilik davası, müxtəlif maraqlara xidmət etmək, kənardan göndərilmə, kənar əllərin dirijor çubuğu mühüm rol oynayıb. Məhz elə bu faktlar çoxlarını siyasi birliklərdən iyrəndirib.

Siyasi birliklər və səmimiyyət

Bu yarımbaşlığı İctimai Palata üzərində quracağam. Parlament seçkisindən sonra 2010-cu ilin noyabrında İctimaİ Palata yarananda hər kəsdə bir ümid yaranmışdı. Amma heç bir həftə çəkmədi ki, çoxunun ümid yeri hesab etdiyi İctimai Palata intriqalar yuvasına döndü. Hər kəs öz adamını içəri soxuşdurmaq üçün yarışa başladı. Təbii ki, intriqaların əsas lokomotivi və motoru Əli Kərimli idi. Əli Kərimlinin İP-da öz adamlarını yerləşdirməsi və ekspert adı altında cəbhəçiləri, özünə sərf edən adamları quruma doldurması Müsavat daxil olmaqla digər siyasi partiyaların maraqlarına zidd idi və nəticədə onları özündən çıxardı. Onlar da öz adamlarını İP-ya yerləşdirməyə başladılar. Bu iyrənc proseslərin fonunda isə xalqın İP-ya olan inamı günü-gündən sönürdü. Adamlarının çoxluğunu hiss edən Əli Kərimli digər siyasi qüvvələri əvvəlcə sıxışdırmaq, ardınca cəzalandırmaq yolunu seçdi. Tarixini unutduğum seçkidə İctimai Palatanın Kordinasiya Şurasına 17 nəfərlik üzv seçilirdi. Əli Kərimli Müsavat başqanı İsa Qəmbəri cəzalandırmaq və kimin söz sahibi olduğunu ona sübut etmək istədi. Bununla da İP-da dağılma, oyunbazlıq afyorası başladı. Əli Kərimlinin tapşırığı ilə “Yurd” məktəbi keçmiş və beyinləri yuyulmuş qurama cəbhəçilər İP üzvləri arasında təbliğata başladılar ki, İsa Qəmbərə səs vermək olmaz. Əli Kərimli siyahıda birinci olmalıdır. Bundan duyuq düşən müsavatçılar elə oyun qurdular ki, Əli Kərimli İsa Qəmbərdən çox az səs aldı. Əli Kərimlinin oyunu pozuldu. Həmin an onun üzündəki qəzəbi və əzabı görmək lazım idi. Belə bir oyun və “səmimiyyət”lə uzağa gedən siyasət qurmaq mümkün deyil. İnsanlar oyunu və qeyri-səmimiliyi görür və elə ona görə də bütün siyasi birliklər fiaskoya uğrayır. İctimai Palata və Milli Şura kimi. Analoji oyun 2013-c ildə Milli Şurada da oynanıldı və yenə də bu oyunun baş memarı Əli Kərimli idi. Rüstəm İbrahimbəyovun vahid namizədliyi alınmayandan sonra İsa Qəmbərin ulduzu parlaya bilərdi. 2003-cü ilin təlatümü bəlkə də yenidən yaşanar, yaxud həqiqi dəyişiklik ilinə çevrilə bilərdi. Amma yenə də Əli Kərimli bunun qarşısını aldı. Əslində, İsa Qəmbərin, yəni siyasətçi birinin vahid namizəd olması seçicilər üçün daha maraqlı olacaqdı. Hər zamankı Əli Kərimli yeni oyunbazlıqla xalqın dəstək vermək ehtimalı olan projeni əngəlləməkdə “usta”lıq göstərdi. Bunu xasusi qeyd edək ki, Azərbaycanın əksər siyasətçilərinin problemi biri-birilərini qəbul etməmək və biri-birilərini sıradan çıxarmaq üçün fürsət gözləməkdir. Bir az da obrazlı desək, Azərbaycanın müxalif siyasətçilərinə düşmən lazım deyil. Onlar özləri biri-birilərini bitirirlər. Uzaq perspektivdən uzaqlaşaraq günün hadisəsi ilə yaşayır və qərar verirlər.

Yeni siyasi blok

Bu gün uzaq perspektivdə qəhrəman olmaq istəyən, günün nəbzi ilə yaşamayan siyasətçilərə və bu yöndə fəaliyyət göstərən siyasi bloklara ehtiyac var. O bloklar ki, orada üstünlük yeni siyasətçilərə, yeni simalara verilsin. Siyasətdə isə uzun müddət olanlar öz təcrübə və biliklərini bu yeni simalarla bölüşsün. Yəni idarəçilik yeni insanlara keçsin. Lakin idarəçi olmaq lider olmaq anlamına gəlmir. Seçki və vacib məqamlarda təcrübəli əski siyasətəçilər, liderlər yenə də prosesə başçılıq etməyə dəvət oluna bilərlər. Demokratik dünyanın ən parlaq nümunəsi olan Türkiyədə bu yöndə çoxlu çalışmalar, təkliflər var. Onlardan nümunə götürmək və Azərbaycanda əsl demokratik mühit yaratmaq mümkündür. Sadəcə hadisələri izləmək, maraqlı təklifləri əxz etmək, onun faydalılıq əmsalını qiymətləndirmək və tətbiq etmək gərəkdir. 1 noyabrda Türkiyə Böyük Millət Məclisinə seçkilərdə uduzan Cümhuriyət Xalq Partiyasında (CHP) maraqlı təklif və siyasi hazırlıqlar başlayıb. Seçkidə ikincilik qazanan CHP qurultaya hazırlaşır. Yeni namizəd Umut bildirib ki, partiyanın indiki sədri Kamal Kılıçdaroğlunun 2019-cu ildə Türkiyədə keçiriləcək seçkidə prezidentliyə namizədliyini irəli sürəcək və xalqın ona səs verəcəyinə də əmindir. Bizdə bu nümunə mümkün deyilmi? İndiki liderlərin bunu əxz etməsi o qədər çətinmi? Təbii ki, qələbəyə hesablanmış addımlar və təkliflər elə liderlərin özündən gəlməlidir. Təəssüf ki, belə deyil. Fikrimizcə, yeni siyasi blokun yaranması zərurətdir. Amma siyasi bloklar bundan öncə yaranan simalarla olacaqsa, taleyi elə əvvəlkilərdən fərqlənməyəcək. Yeni blokda ən azından 60-70% söz sahibi və çoxluq yeni simalar olmalıdır. Bu yeni simalar mövcud siyasi partiyaların içində var. Kənarda da onlarla belə gənclər var. Onlar çox tez zamanda təşkilatlana və ya fərd olaraq yeni siyasi bilrikdə təmsilçilik qazana bilərlər. Yeni siyasi bloku yeni insanlar idarə etməlidir. Bununla bərabər partiya sədrləri də hörmət və izzətlə başda otura və qərarvermədə iştirak edə bilərlər. Sadəcə olaraq, yeni nəsil nümayəndələrinə də imkan verilməlidir ki, siyasətə yeni nəfəs və yeni idarəçilik gətirə bilsinlər. Azərbaycanda xalqın siyasətə münasibətini dəyişə bilsinlər. Əksər siyasi bloklarda narazılıq yaradan amillər var. Bunlar da aradan qaldırılmalıdır. Onların aradan qaldırılması üçün isə idarəçilər yeni insanlar olmalıdır. Siyasi qurumlarda bəzən iclasın gündəlyini müəyyən etmək üçün 40-50 dəqiqə zaman sərf olunur. Hər kəs gündəliyə yerli-yersiz məsələlər təklif edir. Hər kəs söz demək və diqqət çəkmək naminə danışır. Reqlament gözlənilmir. Hər kəs çox danışır və əksər vaxtlarda da mənasız və yersiz. Yerdə oturanlar isə yerlərində qurcalanır və səbr kasaları daşır. Çünki danışmağa vərdiş etmiş partiya başqanları, onların bəzi müavinləri uzun-uzadı danışır və bir çox hallarda zaldakılara təlim-tərbiyə, siyasət və mənəviyyat dərsi keçirlər. Yeni siyasi blokda buna yol vermək olmaz. Yol verilməməsi üçün idarəçilik yeni insanlarda olmalıdır.

Əli Kərimli yeni yaranacaq siyasi birlikdə olmalıdırmı?

Belə məqamlarda tarix və təcrübə nəzərdən qaçmamalıdır. Əli Kərimliylə bağlı isə tarix və təcrübənin bir cavabı var: Xeyr! Olmamalıdır. Çünki o olan yerdə intriqa, dedi-qodu, ləkəyaxma, Çinsayağı “Dədə Qorqud”luq var. Onun olduğu siyasi birliyin ömrüni Əli Kərimli müəyyənləşdirir. Ona sərf edənə qədər. Ona görə də uzaq perspektiv üçün qəhrəmanlıq səlnaməsində onun adının olması mümkün deyil. O, özü də bunda maraqlı deyil. O, hər gün gündəmdə olmağı və günün hadisəsi ilə yaşamağı sevir. Bu cür siyasətin sonu isə acı olur. Nəticəsiz və uğursuz siyasətçi adını almağa məhkum olursan. Yeni siyasi blokla və 2018-ci il prezident seçkisi ilə bağlı müzakirələrə başlamaq üçün hazırıq!

– See more at: http://www.cebhe.info/oxu/5060/#sthash.DY90PbUr.GdLC7QHo.dpuf

Previous Post

Razi Nurullayev yazdı: “Yeni siyasi birliyə gedən yol”

Next Post

“MTN-dən pul alıb onu-bunu ləkələyənlər indi MTN-i hamıdan çox söyürlər”

Bənzər yazılar

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40

İran həm diplomatiya, həm də ölkəni müdafiə etmək üçün hazırdır. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35

Bazar günü Hörmüz boğazından keçən tanker atəşə tutulub. Elchi.az xəbər verir ki, bu barədə bazar ertəsi Böyük Britaniya Hərbi Dəniz...

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31

İran Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın Tehrana qarşı ittihamlarını pisləyib. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran...

Next Post

“MTN-dən pul alıb onu-bunu ləkələyənlər indi MTN-i hamıdan çox söyürlər”

“MTN-dən pul alıb onu-bunu ləkələyənlər indi MTN-i hamıdan çox söyürlər”

Son xəbərlər

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31
“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

12 Oktyabr 2026 - 22:54
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

12 Oktyabr 2026 - 22:53
Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

12 Oktyabr 2026 - 22:00
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

12 Oktyabr 2026 - 21:58
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

12 Oktyabr 2026 - 21:57
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59
“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

12 Oktyabr 2026 - 20:39
Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

12 Oktyabr 2026 - 20:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.