Elchi.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin müşaviri Den Rays bildirib ki, Kiyev Belarusdan Rusiya qoşunlarının işğalından ehtiyat etdiyi üçün Vaşinqtondan kaset bombaları istəyir.
“Əsgərlər Belarus sərhədi yaxınlığında səfərbər olunur. Onlar bunu hərbi təlim adlandırırlar, lakin yaxın gələcəkdə yüz minlərlə əsgərin oraya toplanacağı gözlənilir”, – o, CNN telekanalına müsahibəsində bildirib.
Kasset bombaları düşmənin şəxsi heyətini və maşınlarını məhv etmək üçün nəzərdə tutulub. Bu tip silahlar qırılan zaman daha kiçik sursatlar buraxılır ki, bu da mülki əhali üçün böyük təhlükə yaradır.
Qeyd edək ki, kaset bombalarından istifadə 2008-ci ildə imzalanmış Konvensiya ilə qadağan edilib.
Bundan əvvəl hərbi ekspert Peter Suçiu “19Fortyfive” nəşrinə yazdığı məqalədə demişdi ki, dünya tezliklə Kiyevə Qərb silahlarının verilməsinin nəticələrini hiss edəcək.
Şayəstə