Raul: "Bellinqhemi Zidanla müqayisə etmək düzgün deyil"

“Real Madrid”in və İspaniya millisinin sabiq hücumçusu Raul Qonzales “Kral Klubunun” sabiq yarımmüdafiəçisi və baş məşqçisi, fransalı Zinəddin Zidanı 20 yaşlı ingilis yarımmüdafiəçi Cud Bellinqhemlə müqayisə etmək istəməyib.
Elchi.az bu barədə BBC.com-a (BBC Sport) istinadən xəbər verir.
“Bellinqem hələ ki, çox yetkin yaşdadır. Onun bütün həyatı boyu “Real”da oynaması yaxşı təəssürat doğurur. Məni ən çox bu təəccübləndirdi ki, belə davam edərsə, o, klubun əfsanələrindən birinə çevrilə bilər.
Lakin məncə, Bellinqhemi əfsanəvi futbolçu olan Zidanla müqayisə etmək düzgün deyil. Mənim üçün onlar fərqlidirlər, lakin Bellinqhem tarix yaza bilər”, – deyə Raul qeyd edib.
Xatırladaq ki, cari mövsümdə Bellinqhem 36 matçda iştirak edib, 21 qol vurub, 10 məhsuldar ötürmə edib.
Yeganə