Rasmussendən kəskin mövqe: “NATO-nun iki düşməni var – Rusiya və İŞİD”
NATO-nun baş katibi Anders Foq-Rasmussen Rusiyanı və terrorçu İŞİD-i alyans üçün iki əsas təhlükə hesab
elədiyini deyib. Musavat.com-un məlumatına görə, bu barədə o, baş katib olaraq özünün vida nitqində söyləyib.

Onun sözlərinə görə, NATO üzvləri Qərb dünyasının təhlükəsizliyi üçün eyni vaxtda meydana çıxmış bu iki hədəyə qarşı çiyin-çiyinə müqavimət göstərməlidir. “Bu hədələr bizim qarşımızda illərlə dura bilər” - əlavə edib Rasmussen.
“Alyans bu gün “dözümlülük və fanatizm”, “demokratiya və totalitarizm” arasında geosiyasi bölgünün ön xəttində qərar tutub. Biz azadlığın müdafiəsi qismində qətiyyətli şəkildə dayanmalıyıq”, - deyə o qeyd edib.