Rəsmi Moskva Rumıniyanın Baş nazirini hədələdi
“Moldovanın 2018-ci ildə Rumıniya ilə birləşəcəyi ilə bağlı bu ölkənin Baş naziri Viktor Pontanın bəyanatını qəbuledilməz və məsuliyyətsiz bəyanat sayırıq”.
Axar.az xəbər verir ki, bu sözlər Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən bəynatda deyilib.
Məlumatda daha sonra vurğulanıb ki, Moldovada seçki təbliğatının başladığı bir dövrdə kənardan belə bəyanatların verilməsi yalnız təxribat hallarına xidmət edir:
“İnanırıq ki, Kişinyov məsələyə adekvat reaksiya verəcək. Hesab edirik ki, Brüssel və Avropa Birliyinin digər üzv ölkələri də təcili şəkildə məsələyə münasibətlərini bildirməlidir”.