"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Qərb qadınlarını İŞİD-ə aparan ilginc yol

27 Yanvar 2015 - 10:14
in DÜNYA
FacebookVatsap

img1732493Avropalı ekspertlər dəhşət içində – qadınları saxlamaq olmur…

Bunu da oxuyun

“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

Ölkə və dünya mediası demək olar ki, hər gün İŞİD-ə qoşulan qadınlar barədə xəbərlər yayır. Hər birinin bu addımla bağlı fərqli arqumenti və həyat hekayəsi var. “Yeni Müsavat” bu sayından etibarən sizi o qadınların hekayəsi ilə tanış edəcək.

ABŞ-ın Denver şəhərciyi… Səhər saat 5 radələri… 3 gənc qız – birinin 15, digərinin 16, üçüncüsünün 17 yaşı var. Üçü də eyni gündə dərsə gəlmir, məktəbə isə xəstələnmələri barədə xəbər göndərirlər. Valideynlərindən ümumi olaraq 2 min dollar oğurlayır, şəxsiyyətlərini təsdiqləyən sənədləri götürür və aeroporta yola düşürlər. Onları uzun bir yol gözləyir – Kolorado ştatından Almaniyaya, ordan Türkiyəyə, ordan da Suriyaya. Məqsədləri İŞİD-ə qoşulub, terrorçulara yardım etməkdir. Amma bu üçlüyü FBR-in Almaniyadakı nümayəndələri yaxaladığı üçün məqsədlərinə çata bilmirlər.
Statistika isə göstərir ki, təkcə Almaniyadan İŞİD-ə qoşulmaq üçün gedən 378 “şəhid xanım”ın böyük əksəriyyətini miqrant ailələrin qızları təşkil edir. 54 qız İslamı qəbul etmiş alman olub. Təxminən üçdə biri isə 21-25 yaşlarındadır. İŞİD-ə qoşulan qızların cəmi 12 faizi “radikallaşmadan” öncə iş yerlərinə sahib olublar. Amma bu işli-güclü xanımların da əksəriyyəti qeyri-leqal bizneslə məşğul imişlər. Böyük əksəriyyəti təhsilini ya orta, ya ali məktəb mərhələsində yarımçıq saxlayıb. Almaniya xüsusi xidmət orqanlarının araşdırması göstərir ki, ölkədən cihada qoşulmaq üçün gedənlərin 11 faizi qızlardır.
Qızların 60 faizi ən azı bir dəfə məhkum olunub. Onlar əsasən zorakılıq, oğurluq və ya narkotik alverinə görə həbs ediliblər. İŞİD-ə qoşulan qadınları əsasən gənc, savadsız və perspektivsiz adlandırmaq olar. “Bir çox gənc alman Almaniya vətəndaşı olmasına baxmayaraq, bu ölkədə özünü marginal, cəmiyyətdən təcrid olunmuş hiss edir. Onlar öz ölkələrində özlərinə heç bir perspektiv görmür, özlərini uğursuz hesab edirlər. Dünya mətbuatı, qəzet və televiziyalar demək olar ki, hər gün İŞİD-in uğurları barədə yazır. Ona görə də İŞİD-ə qoşulan qadınlar ”cihada qoşulsam, uğur qazanaram, bütün dünya mənim haqqımda danışar” deyə düşünürlər” – bunu da almaniyalı psixoloqlar bildiriblər.
Ekspertlər isə hesab edirlər ki, cihada yardım etmək adı ilə İŞİD-ə qoşulanlar bir qayda olaraq sonradan qıfıl altında qalır və ancaq ordakı hərbçi kişilərə qulluq edirlər.  İŞİD-çilər qadınları, gənc qızları ora cəlb etmək üçün internet, xüsusən də sosial şəbəkələrin gücündən istifadə edirlər. Cəlbedici reklam rolikləri, yüksək keyfiyyətli videolar, kompüter oyunları bu məqsədlə hazırlanır, sosial şəbəkələrə buraxılır.
Andre Taubert “Kitab” adlı yardım təşkilatında çalışır. Onun dediyinə görə, valideynlər onlara müraciət edərək, övladlarının cihada qoşulmasının qarşısını almağa çalışırlar. Müraciət edənlərin böyük əksəriyyəti qız valideynləridir. Taubert bildirib ki, əsasən qız valideynləri onların bu məqsədindən daha tez duyuq düşürlər. Çünki onların hicab bağlaması, islami qadın geyimlərindən istifadə etməsi özünü göstərir ki, bu da valideynlərin gözündən qaçmır: “Bəzi qızlar var ki, onları şəhidin dul arvadı olmaq perspektivi cəlb edir. Çünki xəlifədə bu, ən uca simvollardan biri sayılır və özlüyündə cənnətə düşməyi vəd edir”.
Bundan başqa, bir çox qərbli qadın düşünür ki, müsəlman ərlər ən yaxşıdırlar. Onların fikrincə, onlar mübarizə aparmaqdan qorxmurlar. Taubert bir çox ailələrlə, İŞİD-ə qoşulan qızların hekayəsini düşünəndən sonra bu nəticəyə gəlib: “İslam radikallığını dəstəkləyən qızlar bir qayda olaraq ailə zorakılığını yaşamış şəxslərdir. Onlar şəhid-döyüşçünün qadına barmağı ilə toxunmayacağı fikrinə inanırlar və bu, onlara güvən hissi verir. Amma bununla yanaşı, döyüşçülərlə bağlı istənilən xəbər, öldürülən, qul kimi satılan qadınların yaşadıqlarını həmin xanımlar ”qərb təbliğatı” hesab edirlər».
Yəni cihadın qadın üzvləri seçdikləri kişilərin nəyə qadir olduğunun fərqində olurlar. Amma onlar düşünürlər ki, zorakılığa ancaq o qadınlar məruz qalır ki, onlar bunu “haqq edirlər” – “xəyanətkarlar”, yezidlər, kürdlər, bir sözlə, qadın cinsinin düşmənləri. Bunun əslində necə olduğunu isə bir qayda olaraq demək mümkün deyil. Çünki sözügedən əraziyə düşən, döyüşçü-islamçılar tərəfindən idarə olunan qadınlar geri qayıtmırlar.
Sevinc TELMANQIZI 
Previous Post

Qərb qadınlarını İŞİD-ə aparan ilginc yol

Next Post

Neft bahalaşıb

Bənzər yazılar

“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

29 Oktyabr 2026 - 22:27

"Google"un sahibi olan ABŞ-nin "Alphabet" texnologiya şirkətinin bazar kapitallaşması bir sutka ərzində 477 milyard dollar azalıb, bu da onun tarixindəki...

İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

29 Oktyabr 2026 - 22:25

İrəvan yaxınlığındakı qazdoldurma məntəqəsində partlayış baş verib. Elchi.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Hadisə Xaçpar kəndində...

IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

29 Oktyabr 2026 - 20:18

İran tərəfi Vaşinqtona ünvanladığı 7 şərtin icrasında israr edir və ABŞ-nin vitse-prezidenti Cey Di Vensin məktubunu cavablandırmayıb. Elchi.az IRIB-yə istinadən...

İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb

İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb

29 Oktyabr 2026 - 19:49

Hörmüz boğazında İranın müəyyən etdiyi marşrutla hərəkət etməyən gəmi minaya düşüb. Elchi.az "Tasnim"ə istinadən xəbər verir ki, dəniz minaları ilə...

Next Post

Neft bahalaşıb

Sosial şəbəkələr çökdü, nazirlik açıqlama verdi

Son xəbərlər

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

29 Oktyabr 2026 - 23:40
“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

29 Oktyabr 2026 - 22:27
İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

29 Oktyabr 2026 - 22:25
İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb

İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb

29 Oktyabr 2026 - 21:07
Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

29 Oktyabr 2026 - 20:21
IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

29 Oktyabr 2026 - 20:18
İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb

İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb

29 Oktyabr 2026 - 19:49
Xorvatiyada Qərbi Nil virusu alovlanır: 25 yoluxma, 1 ölüm

Xorvatiyada Qərbi Nil virusu alovlanır: 25 yoluxma, 1 ölüm

29 Oktyabr 2026 - 19:29
Xalq artisti Zaur Rzayev vəfat edib

Xalq artisti Zaur Rzayev vəfat edib

29 Oktyabr 2026 - 19:15
Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

29 Oktyabr 2026 - 19:07
“Azəristiliktəchizat” 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb

“Azəristiliktəchizat” 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb

29 Oktyabr 2026 - 19:00
Sabah Masallının bu kəndlərində qaz olmayacaq

Sabah Masallının bu kəndlərində qaz olmayacaq

29 Oktyabr 2026 - 18:45
“Google”dan yeni flaqman: “Gemini 4 Carbon” təqdim olundu

“Google”dan yeni flaqman: “Gemini 4 Carbon” təqdim olundu

29 Oktyabr 2026 - 18:39
Ronaldu “Qızıl top”dan sonra paylaşım etdi

Ronaldu “Qızıl top”dan sonra paylaşım etdi

29 Oktyabr 2026 - 18:25
Azərbaycanın xurma ixracından gəliri azalıb

Azərbaycanın xurma ixracından gəliri azalıb

29 Oktyabr 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.