Qvatemalanın keçmiş prezidenti Alvaro Kolom 71 yaşında vəfat edib.
Elchi.az xəbər verir ki, bu barədə ölkə Konqresinin “Twitter” səhifəsində məlumat verilib.
Onun bir neçə ildir xərçənglə mübarizə apardığı qeyd edilib.
Alvaro Kolom 2008-2012-ci illərdə Qvatemala prezidenti olub. 2018 ölkənin keçmiş prezidenti Transurbano nəqliyyat layihəsinin icrası zamanı korrupsiya ilə bağlı həbs edilib. O, həm də “Maqnitski qanunu” adlanan qanun çərçivəsində qlobal miqyasda ABŞ-ın cəza siyahısına daxil edilib.
Yeganə