BMT-nin Baş katibi Antonio Quterreş Yaxın Şərqdə eskalasiyanın yeni raundu ilə bağlı dərin narahatlığını ifadə edib və bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə və atəşkəs rejiminə əməl etməyə çağırıb.
Elchi.az xəbər verir ki, bu barədə BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq jurnalistlərə açıqlamasında bildirib.
Sənəddə qeyd olunur ki, Quterreş hücumları dərhal dayandırmağa, vəziyyəti daha da pisləşdirə biləcək addımlardan çəkinməyə və onsuz da qeyri-sabit olan mühitdə son dərəcə ehtiyatlı davranmağa çağırır.
O, həmçinin Livan, İran və Qəzza zolağında atəşkəs rejiminə tam əməl olunmasının və gərginliyi azaltmaq üçün diplomatik səylərə xələl gətirə biləcək hərəkətlərdən çəkinməyin vacibliyini vurğulayıb.
Yeganə





















