BMT-nin baş katibi Antonio Quterreş Qəzzada təcili humanitar atəşkəsə çağırıb.
Elchi.az Reuters.com-a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin mətbuat katibi Stefan Düjarrikin bəyanatında deyilir.
“BMT-nin baş katibi Qəzzada bir sıra xəstəxanalardakı dəhşətli vəziyyətdən və faciəli insan itkisindən dərin narahatdır.
Baş katib insanlıq naminə dərhal humanitar atəşkəsə çağırır”, – deyə Düjarrikin bəyanatında qeyd olunub.
Yeganə