Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Minskdə keçiriləcək sammitində iştirakdan imtina etməsi ilə bağlı bəyanatına reaksiya verib. Lukaşenko Paşinyana tələsməməyi, növbəti addımları ciddi şəkildə nəzərdən keçirməyi təklif edib.
Elchi.az Belta.by-yə istinadən xəbər verir ki, bu barədə Lukaşenkonun mətbuat katibi Natalya Eysmont danışıb.
Eysmont Lukaşenko ilə Paşinyan arasında telefon danışığının yeni təfərrüatlarını paylaşıb. Onun sözlərinə görə, Lukaşenko Ermənistanın baş nazirinə öz təcrübəsinə və oxşar vəziyyətlərdə bəzi digər tanınmış siyasətçilərin hərəkətlərinə əsaslanaraq mümkün parçalanma istiqamətində addımları ciddi şəkildə nəzərdən keçirməyi təklif edib.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Paşinyanın qərarından təəssüfləndiyini bildirib. O, qeyd edib ki, istənilən yüksək səviyyəli siyasətçinin öz hadisələri, cədvəli və şəraiti ola bilər.
Eyni zamanda, oktyabrda Paşinyan bəyan edib ki, Ermənistanın KTMT-yə üzvlüyü hələ də davam edir. Ermənistan hökumətinin başçısı deyib ki, biz KTMT-ni səhv başa düşmək istəmirik və heç bir məsələdə KTMT tərəfindən yanlış anlaşılmaq istəmirik.
Yeganə