Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterres Sudandakı böhranın həlli üçün təcili tədbirlər görməyə çağırıb.
Elchi.az xəbər verir ki,Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres Keniyaya rəsmi səfəri zamanı açıqlama verib,“Xartum qarışıqlıq içindədir, Darfur yenidən yanır və BMT-nin Qaçqınlar Agentliyi artıq 100 mindən çox insanın ölkəni tərk etdiyini təsdiqləyib.
BMT-nin baş katibi bu münaqişənin bölgəyə illər boyu təsir edə biləcəyi barədə xəbərdarlıq edib.
Ölkəyə humanitar yardım çatdırmağa hazır olduqlarını vurğulayan Quterreş, ehtiyacı olanların yardıma sürətli və təhlükəsiz çıxışı üçün də dəstək istəyib.
Nuranə Məmmədova