Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş “Ümumdünya Su Günü” münasibəti ilə açıqlama verib.
Elchi.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“İtirməyə vaxtımız yoxdur. Gəlin, 2023-cü ili bəşəriyyətin həyat mənbəyi olan su üçün dəyişiklik və investisiya ilinə çevirək. Bərabər çıxışı idarə etmək, qorumaq və təmin etmək üçün hərəkətə keçək”.
Suyun dünya üçün həyat mənbəyi olduğuna və insanların rifahı üçün əsas əhəmiyyətə malik olduğuna diqqət çəkən Quterreş həmçinin qeyd edib:
“Su həddindən artıq istifadə nəticəsində tükənir. On ildən sonra suya olan tələb cari tədarükü təqribən 40 faiz üstələyəcək, iqlim dəyişikliyi isə suyun təbii balansına zərər verməyə davam edəcək”.
Quterreş milyardlarla insanın təmiz suya çıxışı olmadığını deyib.
Yeganə