Quterreş COP27-də sənədləri qarışdırdı

77

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres Misirdə BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP27) sessiyasında çıxış sənədlərini qarışdırıb. Vəziyyəti tanıyan Quterreş lazımi sənədləri götürərək iştirakçılardan üzr istəyib.

Elchi.az xəbər verir ki, Misirin Şarm Əl-Şeyx şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP27) rəngarəng anların şahidi olub. BMT-nin baş katibi Antonio Quterreş dünən dünya üzrə istixana qazlarının emissiya mənbələrinə dair sessiyanın açılış nitqi ilə çıxış edib.

Çıxışına “Dünya iqlim böhranı ilə yarışda uduzur, amma mən sizin sayənizdə ümidliyəm. Qərar verənləri hesaba soxmaqda amansız oldunuz” deyərək başlayan Quterreş bir müddət sonra ara verdi və anladı ki, nitq kağızlarını vərəqləyirdi.
Quterreş gülərək “Mənə səhv nitq kağızı verilib” deyincə zaldan gülüşlər qalxdı.Düzgün sənədləri alan Quterreş sessiyadan sonra başqa bir tədbirdə gənclərlə görüşəcəyini və öz məktubunu oxuyacağını bildirdi. onlara xitabən çıxış edərək, “Bir az qarışıqlıq oldu, üzr istəyirəm” dedi.

Şayəstə