ABŞ-da filmlərə mövzu olacaq casusluq işi ilə bağlı qərar verilib. ABŞ ordusuna aid çox məxfi məlumatların sızması FTB tərəfindən utancverici hesab edilib.
Elchi.az xəbər verir ki, ABŞ-da casusluq ittihamı ilə saxlanılan cütlüyün Qərbi Virciniya ştatında cəza tələbi bəlli olub. Onların ABŞ Hərbi Dəniz Qüvvələrinə aid bir çox məxfi məlumatları, o cümlədən nüvə məlumatlarını başqa ölkələrə satıb-satmadığı hələlik məlum deyil.
Uzun illər ABŞ Hərbi Dəniz Qüvvələrində mühəndis kimi xidmət edən Conatan Toebbe nüvə sualtı qayıqları ilə bağlı məxfi məlumatları Braziliyaya satmaq istəyərkən yaxalanıb və həyat yoldaşı ilə birlikdə həbsxanaya göndərilib.
Nüvə sirlərini Braziliyaya ötürməyə çalışan bir vaxtlar ABŞ Hərbi Dəniz Qüvvələrində mühəndis işləyən 46 yaşlı Conatan Toebbe və Dinana Toebbenin işi uğursuz alınıb.
Şayəstə