Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi “Antonio Guterres” inkişaf etməkdə olan ölkələrin Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankından yetərincə faydalana bilmədiklərini ifadə edərək, bu qurumlarda islahatlara çağırıb.
Elchi.az xəbər verir ki, Quterreş , BVF və Dünya Bankının Kovid-19 epidemiyası dövründəki işlərini “açıq uğursuzluq” kimi xarakterizə edərək, bunun onlarla ölkəni yüksək borc içində qoyduğunu vurğulayıb.
Zəngin ölkələrin BVF-dən kasıb ölkələrdən daha çox faydalandığını ifadə edən Quterreş BVF və Dünya Bankının “tarixi səhvlərdən” dönməsi lazım olduğunu dəyərləndirib.
Quterreş epidemiya zamanı 772 milyon əhalisi olan G7 ölkələrinin BVF-dən 280 milyard dollar, 1,1 milyard əhalisi olan az inkişaf etmiş ölkələrə isə 8 milyard dollar vəsait ayrıldığına diqqət çəkib.
Məmmədova Nuranə