Qusarda oğurluğa görə həbs olunan şəxsin daha bir cinayət törətdiyi məlum olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, oğurluq etdiyinə görə tutulan Ş.Əfəndiyevin ətrafında Qusar Rayon polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun avqustun 25-də şəhər ərazisindəki evlərin birindən 15000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.