"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Qurana və İslama ehtiram göstərən Britaniya Kralı

05 Noyabr 2022 - 21:45
in MÖVQE
FacebookVatsap

III Çarlz: “Quranda adı çəkildiyinə görə bağımda əncir, nar və zeytun ağacları əkdim”

Bunu da oxuyun

Zelenski Tramp ilə Rusiya ilə enerji və dəniz atəşkəsini müzakirə etmək istəyir

İrəçi: ABŞ xalqı İsrailin müharibələrinin bədəlini ödəməməlidir

Tramp: İranla müharibə aralıq seçkilərindən sonra bitəcək

Britaniya tarixində ən islamofil hökmdarı

Kraliça II Elizabetin vəfatından sonra Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı elan olunan III Çarlz Britaniya tarixində ən islamofil hökmdar sayılır. İkinci başlıqda verilmiş sitata görə III Çarlzə Qərb mətbuatında kəskin hücumlar olub. Qərb mətbuatı yazır ki, III Çarliz İslamı dərindən öyrənməyə çalışıb. Hətta Quran oxumaq üçün ərəb dilini öyrənməyə qədər yol gedib. Və bu, Qərb mətbuatı tərəfindən süngü ilə qarşılanır…

“Şahzadə Çarlz İslamı qəbul edibmi?”

Müsəlman əleyhdarı olan şərhçilər isə Britaniyanın yeni kralını intellektual marağına görə ələ salırlar. Amerikalı neokonservativ şərhçi Daniel Pips buna misaldır. Onun bloq yazısı belə adlanır: “Şahzadə Çarlz İslamı qəbul edibmi?” Amerikalı deyir ki, Çarlzın Ramazan ayında iftar mərasimində iştirak etməsi və Salman Rüşdini müsəlmanların “ən dərin etiqadını” təhqir etdiyinə görə tənqid etməsi də daxil olmaqla, özünün müsəlman olmasına dair çoxsaylı “dəlil”lər ortaya qoyub…

“İslam müasir Avropanın yaranmasına kömək etdi”

Kral III Çarlz onillikləri əhatə edən bir sıra bəyanatlarında İslamın Qərblə müharibədə olduğunu iddia edən “sivilizasiyaların toqquşması” tezisini rədd edir. Əksinə, o, İslam, Musəvilik və Xristianlığın fərqlilikdən daha çox ortaq cəhətləri olan üç böyük monoteist din olduğunu düşünür. 1993-cü ildən hazırkı kral Oksford İslam Araşdırmaları Mərkəzinin himayədarıdır. Həmin il o, “İslam və Qərb” adlı ilk çıxışını etdi. Bu, insanların çoxunun siyasətçilərdən və kral ailəsindən gözlədiyi dinlə bağlı çıxış deyildi. Sonra Uels Şahzadəsi, İslam sivilizasiyası və onun Avropa ilə əlaqələri haqqında mükəmməl bir fikir yürütməyə başladı. Şahzadə deyib ki, İslam “insan fəaliyyətinin bütün sahələrində keçmişimizin və bu günümüzün bir hissəsidir. İslam müasir Avropanın yaradılmasına kömək etdi. İslam həm də Qərb sivilizasiyasının tərkib hissəsidir.”
O, Qərbdəki insanları İslamın keçmişdəki müasirliyi ilə seçilən məqamları görməyə çağırıb: “İslam hüququnun rəhbər prinsipi və ruhu birbaşa Qurandan götürülüb, ədalət və mərhəmətli olması ilə diqqət çəkir”. O, 1400 il əvvəl İslamda qadınlara mülkiyyət və miras hüququ verildiyini qeyd edərək, orta əsrlər İslamının “gözəl tolerantlığına” hörmətlə yanaşdığını bildirib. Deyib ki, Qərbin “öz mədəniyyətimiz və sivilizasiyamızın İslam dünyasına borclu olduğuna dair məlumatsızlığından” təəssüflənir.

İslam Britaniyanın mədəni sərvətidir

O zamankı şahzadə Britaniyanın müsəlman icmalarını “millətimizin mədəni zənginliyinə impuls verən”, “Britaniya üçün sərvət” kimi təsvir edib. Müsəlmanların assimilyasiya üçün öz kimliklərindən imtina etməsini tələb edənlərdən fərqli olaraq, Çarlz britaniyalıları ikitərəfli inteqrasiya prosesinə çağırıb: Müsəlmanlar “cəmiyyətimizdə inteqrasiyanın əhəmiyyətini dərk edərək öz həyati azadlıqlarını balanslaşdırmalıdırlar”. Britaniyalılar müsəlmanların “İslam inancının gündəlik tətbiqinə hörmətlə yanaşmalı və dərin təhqirə səbəb ola biləcək hərəkətlərdən çəkinməlidirlər”. Bu, həyəcanlandırıcı bir çıxış idi: taxt varisi Britaniya müsəlmanlarına, əksəriyyəti keçmiş müstəmləkələrdən olan mühacirlərə onların ölkədə olmalarının sadəcə xoş qarşılanmaması düşüncəsindən tam fərqli bir yanaşma ortaya qoydu. Dedi ki, müsəlman mühacirlər Britaniya üçün dəyərli və gərəklidirlər. Britaniyanın ən yüksək səviyyəli siyasətçilərinin bu məsələyə aqressiv müdaxilələri ilə müqayisədə Çarlizin dedikləri təzadlı yanaşması ilə seçilirdi.

“İraqın işğalına etiraz edirəm”

Ümumiyyətlə, son illərdə Çarlzın İslama və müsəlman dünyasına münasibəti tez-tez mübahisələrə səbəb olur. Çarlzın ofisi ilə əməkdaşlıq şəraitində kral ailəsinin müxbiri Robert Jobsonun tərəfindən 2018-ci ildə yazılmış kitabda qeyd olunur ki, Çarlz 2003-cü ildə İraqın işğalına qarşı çıxıb, baş nazir Tony Blairə etirazlarını bildirib. Jobsonun yazdığına görə, Çarlz hesab edirdi ki, “Qərb tipli demokratiya üçün bayraq daşımaq həm sadəlövhlükdür, həm də əbəsdir”. Çarlz həmçinin nazirlərə bildirib ki, o, artıq Körfəz liderəri ilə əlaqələrinin Britaniya silah şirkətləri üçün silah satmaq məqsədi ilə istifadə olunmasını istəmir.
Çarlizin İsrail və Fələstinə münasibəti
Çarlizin fələstinlilərə xüsusi rəğbəti var, buna görə də 2018-ci ilin iyununda İsrailə ilk kral səfərini edən Çarlzın özü deyil, oğlu Şahzadə Uilyam oldu. Çarlz İsrailə ilk səfərini yalnız 2020-ci ildə etdi. O, işğal olunmuş Fələstin ərazilərinə səfər etməyin də qayğısına qaldı. Orada “gələcəyin bütün fələstinlilərə azadlıq, ədalət və bərabərlik gətirməsini ən əziz arzum”dur dedi. Böyük Britaniyanın heç bir naziri oxşar fikirlər səsləndirməyib.
Hicaba münasibətdə Fransa və Belçikaya ilə razılaşmır
Söhbət Avropalı müsəlmanlardan gedirsə, Çarlz Fransa və Belçikanın dünyəviliyini tənqid edir, onların qadınların ictimai yerlərdə baş və üz örtüyü taxmasına qadağaları ilə razılaşmır. O, bütün Avropada müsəlmanlara qarşı alovlu çıxışlarla siyasətdə uğur qazanmağa çalışanları görür və onlara etiraz edir.

İanələrlə bağlı qalmaqal

Çarlz xeyriyyəçilik fəaliyyətinə görə də tənqid atəşinə tutulub. İyun ayında o vaxtkı şahzadə “The Sunday Times” qəzetinin Qətərin keçmiş baş naziri Şeyx Həməd bin Casim bin Cabir Əl Tanidən bir milyon avro nağd pul olan çamadanı qəbul etdiyini ortaya çıxardıqdan sonra Britaniya mediasının manşetlərinə çıxdı. Çarlzın xeyriyyə fondu qanunsuz hərəkətlərlə bağlı iddiaları rədd etdi və Çarlzin bu ianədən şəxsən faydalanması fikrinə qarşı çıxdı…

Şahzadə və Bin Laden ailəsi

Şahzadənin xeyriyyə fondunun Üsamə Bin Ladenin ailəsindən 2013-cü ildə aldığı milyon funt sterlinqlik ianə ilə bağlı sensasiyalı məqalələrin gurultusunu nəzərdən keçirək. Əslində elə bir qanunsuzluq olmamışdı. Bin Laden ailəsi Səudiyyə Ərəbistanında ən köklü ailələrdən biridir və bu ianənin Terror və “Əl Qaidə” ilə heç bir əlaqəsi yoxdur. Bu kimi iddialar cəfəngiyyatdan başqa bir şey deyildi. Ancaq media bu kimi mövzularla cəmiyyəti silkələməyi çox sevir.

Müsəlman olan fransız alimini təqdir edən Çarlz

Bir əsr əvvəl oxşar yalan şayiələr Britaniyada Uinston Çörçilin ətrafında dolaşırdı. Əslində, kral dindar anqlikandır, İslamla dərin əlaqəsi onun ənənəvi XX əsrin ezoterik düşüncə məktəbinə olan marağı ilə bağlıdır. Bu məktəbin ilk tərəfdarları müasir dünyaya qarşı təhqiramiz fikirlər səsləndiriblər. Bütün böyük dinlər universal həqiqətləri bölüşür. Çarlz, xüsusilə Tradisyonalizmin ən mühüm mütəfəkkirlərindən biri olan Rene Genonun əsərləri ilə yaxından ilgilənib. (Rene Genon (1886-1951) fransız filosof, mistik yazıçı. Müsəlman ismi Şeyx Abd al-Wahid Yahya. Tradisyonalism məktəbinin banisidir. Misirdə dəfn olunub.) 20-ci əsrin əvvəllərində yazan, katolik kimi yetişən və Sorbonnada təhsil alan fransız ziyalısı Genon, “maddi xətlər üzərində inkişaf edən” Qərb müasirliyini bəşər tarixində “anomaliya” kimi qiymətləndirmişdi.

Şahzadənin dağınıq fikirləri Britaniya taxtına təhlükədir?

Çarlzın 2010-cu ildə yazdığı “Harmoniya: Dünyamıza Yeni Baxış Yolu” kitabınına münasibət bildirən “The Daily Mail” yazırdı ki, “gələcək onilliklərdə kral institutumuz üçün əsas təhlükə onun yaxşı niyyətli, ancaq qarışıq fikirli başıdır.”

And içirəm ki…

III Çarlz taxta çıxarkən etdiyi nitqində xalqa müraciətlə belə demişdi: “Sizin mənşəyiniz və ya inancınız nə olursa olsun, mən Sizə sədaqət, hörmət və sevgi ilə xidmət etməyə çalışacam.”

Elbəyi Həsənli

Previous Post

Qurana və İslama ehtiram göstərən Britaniya Kralı

Next Post

Bunun sayəsində Ərdoğan Türkiyəni gücləndirir

Bənzər yazılar

Zelenski Tramp ilə Rusiya ilə enerji və dəniz atəşkəsini müzakirə etmək istəyir

Zelenski Tramp ilə Rusiya ilə enerji və dəniz atəşkəsini müzakirə etmək istəyir

14 Sentyabr 2026 - 17:33

Zelenski Rusiya ilə dəniz və enerji sahəsində atəşkəs məsələsini Trampla müzakirə etmək niyyətindədir. Elchi.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bildirib...

İrəçi: ABŞ xalqı İsrailin müharibələrinin bədəlini ödəməməlidir

İrəçi: ABŞ xalqı İsrailin müharibələrinin bədəlini ödəməməlidir

11 Sentyabr 2026 - 11:08

İranın xarici işlər naziri Əraqçi: "Amerika xalqı İsrailin müharibələrinin xərclərini öz üzərinə götürməməlidir." Elchi.az xəbər verir ki, İranın Bəhreynlərdəki ABŞ-ın 5-ci Donanma...

Tramp: İranla müharibə aralıq seçkilərindən sonra bitəcək

Tramp: İranla müharibə aralıq seçkilərindən sonra bitəcək

10 Sentyabr 2026 - 11:10

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranla münaqişənin noyabr ayındakı aralıq seçkilərdən əvvəl başa çatacağını və ya həmin vaxta...

İranla müharibə 2029-cu ilə qədər davam edə bilər

İranla müharibə 2029-cu ilə qədər davam edə bilər

10 Sentyabr 2026 - 10:57

"Wall Street Journal"ın məlumatına görə, Donald Trampın müharibənin tezliklə bitəcəyi ilə bağlı bəyanatlarına baxmayaraq, Ağ Evin yüksək səviyyəli müşavirləri ABŞ...

Next Post
Bunun sayəsində Ərdoğan Türkiyəni gücləndirir

Bunun sayəsində Ərdoğan Türkiyəni gücləndirir

Bunun sayəsində Ərdoğan Türkiyəni gücləndirir

Bunun sayəsində Ərdoğan Türkiyəni gücləndirir

Son xəbərlər

MKA: Ödəniş sistemlərini təqlid edən 6 saxta sayt aşkarlanıb

MKA: Ödəniş sistemlərini təqlid edən 6 saxta sayt aşkarlanıb

14 Sentyabr 2026 - 19:03
Fransa Hörmüz boğazına alternativ enerji yollarının yaradılmasını istəyir

Fransa Hörmüz boğazına alternativ enerji yollarının yaradılmasını istəyir

14 Sentyabr 2026 - 18:56
İran 77 gəminin sanksiya siyahısına salındığını elan edib

İran 77 gəminin sanksiya siyahısına salındığını elan edib

14 Sentyabr 2026 - 18:43
Azərbaycanla BƏƏ arasında sənədlər imzalanıb

Azərbaycanla BƏƏ arasında sənədlər imzalanıb

14 Sentyabr 2026 - 18:34
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib

14 Sentyabr 2026 - 18:24
Sabahdan Bakıda dövlət qurumlarında dəyişkən iş qrafiki tətbiq olunacaq

Sabahdan Bakıda dövlət qurumlarında dəyişkən iş qrafiki tətbiq olunacaq

14 Sentyabr 2026 - 17:55
AYNA: Sabahdan Bakıda avtobusların sayı rekord həddə çatdırılır

AYNA: Sabahdan Bakıda avtobusların sayı rekord həddə çatdırılır

14 Sentyabr 2026 - 17:41
Zelenski Tramp ilə Rusiya ilə enerji və dəniz atəşkəsini müzakirə etmək istəyir

Zelenski Tramp ilə Rusiya ilə enerji və dəniz atəşkəsini müzakirə etmək istəyir

14 Sentyabr 2026 - 17:33
ADY qatar reyslərinin sayını artırır – Yeni cədvəl

ADY qatar reyslərinin sayını artırır – Yeni cədvəl

14 Sentyabr 2026 - 17:25
Peskov: Neft bazarlarında vəziyyət sürətlə pisləşir

Peskov: Neft bazarlarında vəziyyət sürətlə pisləşir

14 Sentyabr 2026 - 17:18
Elm və təhsil naziri: 600 məktəbdə 40-dan çox şagird təhsil alır

Elm və təhsil naziri: 600 məktəbdə 40-dan çox şagird təhsil alır

14 Sentyabr 2026 - 17:06
Süni intellekt inkişafının yavaşladılması çağırışı bazarları silkələdi

Süni intellekt inkişafının yavaşladılması çağırışı bazarları silkələdi

14 Sentyabr 2026 - 16:52
Fransada 15 yaşadək uşaqlar üçün sosial mediaya yeni məhdudiyyət

Fransada 15 yaşadək uşaqlar üçün sosial mediaya yeni məhdudiyyət

14 Sentyabr 2026 - 16:44
“Neftçi” Emil Səfərovla müqavilə müddətini uzatdı

“Neftçi” Emil Səfərovla müqavilə müddətini uzatdı

14 Sentyabr 2026 - 16:36
Nazir Azərbaycanda ümumi təhsil üzrə 12 illik tədrisə keçidlə bağlı məsələyə aydınlıq gətirib

Nazir Azərbaycanda ümumi təhsil üzrə 12 illik tədrisə keçidlə bağlı məsələyə aydınlıq gətirib

14 Sentyabr 2026 - 16:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.