İşğal altında olan Şərqi Qüdsdə gərginlik yüksəkdir. İsrail polisi Əl-Əqsa məscidinə gedən yollarda barrikadalar qurub. Yalnız 80 yaşdan yuxarı fələstinlilərin Məscidül-Əqsaya daxil olmasına icazə verilir.
Elchi.az xəbər verir ki, İsrail təhlükəsizlik qüvvələrinin barrikadalar qurduğu nöqtələrdən biri də Şərqi Qüdsün köhnə şəhər ərazisindəki Dəməşq qapısı olub. Xüsusilə Məscidül-Əqsa ətrafına çoxlu sayda polis cəlb edilib.
Yalnız yaşı 80-dən yuxarı olan fələstinlilərin Məscidül-Əqsaya daxil olmasına icazə verilib. Ancaq bunun qarşısını almaq üçün edilən cəhdlərə baxmayaraq, fələstinlilərin cümə namazı üçün Məscidül-Əqsaya axışacağı gözlənilir.
HƏMAS oktyabrın 13-ü “Qəzəb günü” elan edib.
İşğal altında olan Şərqi Qüds və İordan çayının qərb sahilində gərginliyin artacağı gözlənilir.
Şayəstə Hüseynova