"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Qüdrət Həsənquliyevdən Rusiya və İranla bağlı ŞOK AÇIQLAMALAR

19 Mart 2026 - 08:59
in GÜNDƏM
FacebookVatsap

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev parlamentin son iclasında Rusiyada yaşayan azərbaycanlılara qarşı qanunsuzluqlar, soydaşlarımızın əmlakının talanması ilə bağlı sonuncu faktları elə Musavat.com-a istinadən parlamentdə səsləndirdi. Millət vəkili dövlət orqanlarına müraciətlə bildirdi ki, Rusiya ilə açıq danışmaq lazımdır.

Bunu da oxuyun

Qüdrət Həsənquliyev Bəhruz Cabbarlını təbrik edib

MN rəhbərliyi Hava Hücumundan Müdafiə bölmələrində yeni hərbi obyektlərə baxış keçirib- VİDEO

AQTA: İstehlakçıların seçiminə təsir edən yalnış reklam və etiketləmə halları aşkar edilib

Elə Musavat.com-a geniş müsahibəsində Rusiya ilə münasibətlərdən bəhs etdik. Davamında isə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini ilə cənub qonşumuzda davam edən müharibə ətrafında müzakirəmiz oldu, həmsöhbətimiz bir çox maraqlı, hətta sensasion məqamlara toxundu.

Müsahibəni təqdim edirik:

– Qüdrət bəy, Milli Məclisin sonuncu iclasında Rusiya ilə danışmağın lazım olduğunu bildirdiniz. Bir çox hallarda Rusiya ilə mövcud problemlərin danışıqlar yoluyla aradan qaldırılmasına çağırışlar etmisiniz. Bu gün faktiki olaraq Rusiyanın büdcəsinə fayda verən, ölkə iqtisadiyyatında rol oynayan azərbaycanlılara qarşı total hücumlar həyata keçirilir və hazırda da baş verən hadisələr göz önündədir. Sizcə, bu proseslər hara aparır? Kreml Azərbaycanın səbrini niyə bu şəkildə daşırmaq istəyir?

– Sözün doğrusu, bu, mənim üçün də tam aydın deyil ki, niyə belə edirlər? Milli Məclisin iclasında da qeyd etdim ki, Rusiya bir tərəfdən MDB çərçivəsində daha sıx əməkdaşlıq və inteqrasiya tərəfdarı kimi çıxış edir. Amma digər tərəfdən də keçmiş sovet respublikalarından olan miqrantların, xüsusilə MDB ölkələrindən gələn insanların sıxışdırılması prosesi davam edir. Onların ölkəyə gəlməsi, Rusiyada yaşaması çətinləşdirilir. Buna görə də baş verənləri anlamaq çətindir. Elan olunan siyasətlə real addımlar bir-biri ilə ziddiyyət təşkil edir. Fikirləşirsən ki, yəqin bunu miqrantları sıxışdıraraq müharibəyə cəlb etmək məqsədilə edirlər. Rusiya hazırda işçi qüvvəsinə ciddi ehtiyac duyur. Mən də qeyd etmişdim ki, MDB-dən gələn əmək miqrantlarından rus dilini bilmələri tələb olunur. Amma eyni zamanda Hindistandan əmək miqrantı gətirirlər və onlardan belə tələb yoxdur. Deməli, bu sıxışdırmanın səbəbi başqadır. MDB-dən gələnlər bazarlarda, tikinti sektorunda və digər çətin sahələrdə işləyirlər. Ruslar isə belə ağır işləri özlərinə yaraşdırmırlar.

Rusiya ilə açıq danışılmalıdır. Necə deyərlər: “Örtülü bazar, dostluğu pozar”.

WhatsApp Image 2026-03-18 at 16.12.14.jpeg (148 KB)

Bilirsiniz ki, mən həmişə Rusiya ilə daha sıx əməkdaşlığın tərəfdarı olmuşam. MDB çərçivəsində inteqrasiyanı dəstəkləmişəm və zaman-zaman Avrasiya məkanında Türkiyə, İran və MDB-yə üzv olan dövlətlərin iştirakı ilə Avropa İttifaqı modelində yeni bir birlik yaradılması təşəbbüsüylə çıxış etmişəm. Azad ümumi bazar olsun, insanlar sərbəst hərəkət edə bilsinlər, dövlət sərhədləri götürülsün, malların, işçi qüvvəsinin, kapitalın sərbəst dövriyyəsi olsun, vətəndaşlar öz avtomobilləri ilə gedib-gəlsinlər, səyahət etsinlər. Biz uzun illər əvvəl Çar Rusiyasında, sonra isə Sovet İttifaqında birlikdə yaşamışıq. Avropada elə xalqlar var ki, onlar bir-biri ilə bizim qədər tarixi, humanitar və mədəni əlaqələrə malik deyillər, amma Avropa İttifaqında birləşə biliblər. Orada vahid gömrük məkanı, azad iqtisadiyyat var və artıq dövlətlər bir-birindən qorxmurlar. Keçmiş sovet respublikalarının hər birinin ciddi beynəlxalq əlaqələri var. Onların suverenliklərini və dövlət müstəqilliklərini itirəcəkləri ilə bağlı qorxuları yoxdur. Artıq dövlətlər öz ayaqları üzərində möhkəm dayanmağı bacarıblar, hər birinin ciddi beynəlxalq əlaqələri var. Belə bir birlik həmin ölkələrdə iqtisadi inkişafı sürətləndirə və insanların rifahını yaxşılaşdıra bilər. Həm də Avropa ilə Çin arasında yeni bir ittifaqın yaranması təhlükəsizliyə böyük töhfə verər, Avrasiya məkanında rəqabət mühitini artıra bilərdi. Ümumilikdə, bu, bəşəriyyətə, sülhə və rifaha xidmət edərdi. Dövlətlər bir yerdə olanda bir-birindən təhlükə gözləmirlər. Bu baxımdan belə bir birliyin olmasını məqsədəuyğun hesab etmişəm.

– Amma Rusiya nümunəsi fərqlidir. Ukraynaya qarşı müharibə davam edir…

– Rusiyanın hazırkı siyasəti başa düşülən deyil. Rusiya elə siyasət yürüdüb ki, MDB-nin təsisçilərindən biri olan Ukrayna bu qurumdan çıxıb və hazırda Rusiyanın işğalına qarşı müharibə aparır. Gürcüstan MDB-dən çıxıb, Rusiya ölkənin iki regionunda proksi dövlətlər yaradıb. Moldova da MDB-dən çıxmağa hazırlaşdığını elan edib. Bu baxımdan Rusiya düşünməlidir ki, indiki siyasət onun regionda təklənməsinə gətirib çıxara bilər. Odur ki, öz siyasətində ciddi dəyişiklik etməlidir. Əlbəttə, mən dedim ki, biz Rusiya ilə münasibətləri yüksək qiymətləndiririk, amma Kreml də bunu zəiflik kimi qəbul etməməli, bundan sui-istifadə etməməlidir.

– Rusiya mülki təyyarəmizin vurulması ilə bağlı da zəruri addımları atmayıb…

– Təkəbbürlü yanaşma sərgiləmək ki, “mən cinayətkarları cəzalandırmayacağam, kompensasiya ödəməyəcəyəm”, digər MDB üzvlərinə yuxarıdan aşağı baxmaq dövlətlərarası münasibətlərə ciddi ziyan vurur, sadə insanlar bundan əziyyət çəkir… Rusiya öz siyasətində dəyişiklik etsə, hansı keçmiş sovet respublikası istəyər ki, ondan uzaqlaşsın? Rusiyada 2 milyona qədər azərbaycanlı, 2 milyondan artıq erməni, həmçinin qazax, özbək, tacik, türkmən və digər xalqların nümayəndələri yaşayır. Hamısı ailələrinə pul göndərir. Rusiya elmin, təhsilin, səhiyyənin səviyyəsi, sosial-iqtisadi inkişaf göstəriciləri ilə digər MDB üzvlərindən daha üstündür. Böyük əraziyə və təbii sərvətlərə sahibdir. Bu baxımdan kim istəməz ki, belə bir ölkə ilə dost olmasın? Amma gərək Rusiya həm də səviyyəli davranışı ilə bu dostluğu istəsin.

– Ukrayna ilə müharibə aparan şimal qonşumuzun digər postsovet ölkələrinə qarşı məlum münasibətindən danışdıq. Amma paralel olaraq cənub qonşumuz da müharibə aparır və Azərbaycan necə deyərlər, iki od arasında qalıb. İranda da müharibədən və rejimin məhrumiyyətlərindən ən çox əziyyət çəkən azərbaycanlılardır. İranla bağlı gözləntiləriniz nədən ibarətdir?

– Təəssüf ki, ikinci böyük qonşumuz İranda çox ağır vəziyyət yaranıb. Özü də elə bir qonşumuzda ki…Mən İranı həmişə həm də bir türk dövləti adlandırıram. Çox təəssüf ki, ölkənin rəhbərliyi İranı müharibədən yayındıra bilmədi. Nəticədə bombardmanlar ölkəni faktiki olaraq viran qoyur, siyasi elitanın böyük hissəsi məhv edilib, mülki infrastruktur dağıdılır. Mən əvvəllər də demişdim ki, bu bombardmanların nəticələrini aradan qaldırmaq üçün onilliklər və yüz milyardlarla dollar vəsait tələb olunacaq – əgər İran öz bütövlüyünü qoruyub saxlaya bilsə…

Bəziləri deyir ki, ABŞ İranda bataqlığa girdi. Amma mən əminəm ki, ABŞ-də hamı başa düşürdü ki, quru qoşunlarını yeritmədən, sadəcə hava zərbələri ilə İranda hakimiyyəti dəyişmək mümkün deyil. Kimlərsə deyirdisə ki, bombardman başlayan kimi xalq ayağa qalxıb, hakimiyyəti dəyişəcək, bu, ciddi yanaşma deyildi. Çünki sülh dövründə öz vətəndaşlarını etiraz etdiyi üçün güllələyən bir hakimiyyət müharibə dövründə daha sərt davranacaq. Mən hər zaman deyirdim ki, müharibə qaçılmaz görünür, amma quru müdaxilə olmadan nəticə əldə etmək mümkün deyil.

– Sizcə, bu müharibə uzun çəkəcək?

– Müharibə başlayan günün səhərindən ABŞ və İsrail deyir ki, bu, 4-6 həftə davam edə bilər. Döyüşən tərəflərin hərbi gücü arasında o qədər böyük disbalans var ki… İranın müqaviməti heç nəyi dəyişmir, dəyişməyəcək. İranın raketlərlə İsrailə, yaxud Körfəz ölkələrinə hücumu müharibənin nəticəsinə ciddi təsir etməyəcək. ABŞ onsuz da bu müharibənin xərclərini Körfəz ölkələrindən alacaq. Körfəz ölkələri görsələr ki, İranın hərbi potensialı tamamilə dağıdılıb, onlar müharibəyə qatıla bilər. O da mümkündür ki, İran tam zəifləyəndən sonra ABŞ İranın Fars körfəzindəki strateji adalarını ələ keçirsin. Söhbət İranın ən böyük adası, azad iqtisadi zona elan olunmuş Keşm adasından və strateji əhəmiyyətli Xarqdan gedir. İranın bütün iqtisadi əlaqələrinin 90%-i oradan həyata keçirilir. Keşm İranın quru sərhədlərinin cəmi 2 km-yində yerləşir. Hətta o da mümkündür ki, Keşm işğal olunarsa, Rza Pəhləvi Keşm adasında müvəqqəti İran hökumətini elan etsin.

– Azərbaycan türkləri bu variantı qəbul edərmi?

– Azərbaycanlılar İranda özlərini dövlət quran xalq hesab edirlər. Soydaşlarımızın böyük hissəsi özlərini etnik azlıq saymırlar. Amma azərbaycanlıların orada milli haqları tanınmalıdır. Bizim üçün, azərbaycanlılar üçün ən uyğunu, doğru olanı İranda islahatların yuxarıdan aparılması idi. Yəni azərbaycanlılar orada mədəni muxtariyyət əldə edirlər, dillərini, mədəniyyətlərini inkişaf etdirmək imkanları olurdu. Siyasi muxtariyyət, növbəti mərhələ isə ehtiyac olarsa, tam şəkildə öz müstəqil dövlətlərini qurmaq. Məsələn, orada elə bir mədəni, sivil dövlət qurulardısa, insan haqları qorunardısa, hətta buradan azərbaycanlılar köçüb orada yaşamaq istəyərdilər. Avropada elə xalqlar var ki, məsələn, öz müstəqilliklərini elan etməyə can atmırlar. Məsələn, Şotlandiyada neçə dəfə referendum keçirilib ki, Britaniyadan ayrılsınlar, amma əhali ayrılmanın lehinə səs vermir. İnsanların təhlükəsizliyi, rahat həyatları təmin olunubsa, onların milli kimliklərinə hörmət qoyulursa, xalqların qürurlarına toxunulmursa, beynəlxalq birliyin müstəqil subyektinə çevrilməyə ehtiyac qalmır. Məsələn, biri var hansısa dövlətin tərkibində könüllü olasan, bu, tamamilə başqa bir psixoloji durumdur. Biri də var, bilirsən ki, səni başqa bir xalq zorla özünə tabe etdirir. O, tamamilə başqa bir vəziyyət yaradır. Məsələn, çexlərlə slovaklar mədəni formada ayrıldılar, qansız, qadasız. Hansı ki, onlar vahid dövləti – Çexoslavakiyanı qoruyub saxlaya bilərdilər… Bunu ona görə söyləyirəm ki, gələcəkdə də İrandakı azərbaycanlılar üçün variantlar çoxdur. Amma hiss olunan odur ki, ABŞ İranda demokratik dövlət quruculuğunda çox da maraqlı deyil. Bunlar orada rejimi dəyişib öz adamlarını hakimiyyətə gətirmək istəyirlər, Venesuelada olduğu kimi.

WhatsApp Image 2026-03-18 at 16.12.14 (1).jpeg (86 KB)

– Bu da o demək deyilmi ki, mövcud ssenaridə azərbaycanlılarla bağlı plan yoxdur?

– Bəli. Bu, əvvəldən də hiss olunurdu. Siz görürsünüz ki, bütün müddətdə İran rejiminə qarşı mübarizə aparan Qərb bu amilə diqqət yetirmədi. Əslində İranda rejimi suquta yetirməyin ən asan yolu orada milli mənsubiyyət məsələsini önə çəkmək və milli azlıqların hüquqları məsələsini gündəmə gətirmək idi. Amma onlar heç vaxt bu məsələnin üstünə gəlmədilər.

– Səbəb nədir?

– Birincisi, Türkiyənin və ərəb dövlətlərinin qonşuluğunda fərqli təriqətə sahib ikinci böyük bir şiə islam dövlətini qoruyub saxlamaq istəyirlər. Digər yandan bilirlər ki, demokratik, böyük təbii sərvətlərə sahib olan İran qısa zamanda böyük regional gücə çevriləcək. Demokratik ölkə başçısı ilə anlaşmaq çətindir, amma avtoritar bir şəxslə razılaşmaq çox asandır. Güclü müsəlman dövlətinin yaranmasında onlar maraqlı görsənmirlər, açıq deyirəm.

– Yəni İrandan sonra Türkiyə…deyənlər haqlıdır?

– Türkiyə müəyyən demokratik ənənələrə sahibdir, amma onun da güclənməsinə imkan verməməyə çalışırlar. ABŞ dünyada demokratiya uğrunda mübarizə aparmır, təbii sərvətlərlə zəngin olan dövlətlərlə dost olmaq, onların təbii sərvətlərindən faydalanmaq, yaxud onları idarə etmək istəyir. Kuba ilə bağlı da mövqeyini elan etdi, dedi ki, Kuba prezidenti getməlidir, amma biz orada rejimin dəyişikliyində maraqlı deyilik. Bu o deməkdir ki, elə adam gəlməlidir, bizimlə əməkdaşlıq etsin, biz dediyimiz işləri görsün. Venesuelaya dedilər ki, sizin neftinizi biz satacağıq, istəyirlər İran neftini də bunlar satsın. Yəni söhbət demokratiya məsələsi deyil. İranı özləri üçün daha təhlükəsiz hala gətirmək istəyirlər. İstəyirlər ki, onun nə nüvə silahı olsun, nə ballistik raketləri, nə də proksi qüvvələr saxlamaq imkanı. İran xalqına müraciətlər etdilər ki, gedin, dövlət orqanlarını tutun. İran rejimi də hakimiyyəti itrməkdən qorxdu, camaatı gülləbaran etdi, əslində tələyə düşdü. Bundan sonra ABŞ də bəyan etdi ki, dinc insanları güllələyən rejim getməlidir. Bununla da Amerika bütün dünyanı öz tərəfinə çəkdi.

– Amma bəzi ekspertlər ABŞ-nin tələyə, bataqlığa düşdüyünü və çıxmaq üçün yollar axtardığını deyir…

– Əslində ABŞ yox, İranın özü tələyə düşdü. Beynəlxalq birliyin də tam dəstəyini itirdi. Sivil dünya dedi ki, belə bir rejim istənilən dövləti idarə etməməlidir.

– Necə bilirsiniz, Bakı və Ankaranın İranla bağlı ortaq bir planı varmı?

– Ümid edirəm, müəyyən koordinasiya var. Ceyhun Bayramovun səfəri oldu. Mütəmadi olaraq Azərbaycan XİN rəhbərinin türkiyəli həmkarı Hakan Fidanla danışıqları olur. Prezidentlər səviyyəsində telefon danışıqları olub. Əminəm ki, ciddi əməkdaşlıq var. Mən əvvəl də demişdim ki, Azərbaycan üç halda münaqişəyə cəlb oluna bilər. Azərbaycanın indiki siyasəti xalqımızın, dövlətimizin maraqlarına tam cavab verir: əgər Azərbaycana hücum olsa, biz məcburuq özümüzü müdafiə edək. İkincisi, İranda mərkəzi hakimiyyət çökərsə və oradakı azərbaycanlılar etnik təmizləmə siyasətinə məruz qalarsa, üçüncü halda isə soydaşlarımız soyqırımla üzləşərsə. Azərbaycan çalışmalıdır ki, bütün hallarda Türkiyə ilə birlikdə hərəkət etsin. Amma istənilən halda İrandakı azərbaycanlıları biz müdafiə etməliyik, qorumalıyıq. Yəni indi 1946-cı il deyil, bizim müstəqil dövlətimiz var. Dövlət də buna görə lazımdır ki, öz soydaşlarını qorusun. Biz istərdik ki, bu müharibə olmasın. İranla ABŞ, İsrail anlaşsın. İran deyir ki, mən haqlıyam. Bir şeyi nəzərə almır ki, haqlılar həmişə qalib gəlmir. Sən haqlısansa, həm də sən güclüsənsə və siyasi baxımdan yetkinsənsə, o halda qalib gələ bilərsən. Amma müharibədə kim güclüdür, o qalib gəlir. Yəni onlar bunu nəzərə almadılar. Siyasət də, diplomatiya da ona görədir ki, sən ölkəni qoruya biləsən. Lazım gələndə ölkənin naminə bir addım yox, elə 5 addım da geri qoyasan. Söhbət sənin öz həyatından gedirsə, bəli, get, öz həyatınla risk elə. Amma sənin xalqından, sənin dövlətindən söhbət gedirsə, o halda bu formada ötkəm xarici siyasətin belə ağır nəticələrə gətirib çıxarır.

Previous Post

Omanda Ermənistan səfirliyinin açılışı olub

Next Post

ƏHD Partiyası sədrindən bayram təbriki

Bənzər yazılar

Qüdrət Həsənquliyev Bəhruz Cabbarlını təbrik edib

Qüdrət Həsənquliyev Bəhruz Cabbarlını təbrik edib

05 Avqust 2026 - 16:24

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın Ali Məclis sədrinin müavini və İdarə Heyətinin üzvü Bəhruz...

MN rəhbərliyi Hava Hücumundan Müdafiə bölmələrində yeni hərbi obyektlərə baxış keçirib- VİDEO

MN rəhbərliyi Hava Hücumundan Müdafiə bölmələrində yeni hərbi obyektlərə baxış keçirib- VİDEO

05 Avqust 2026 - 11:48

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordumuzun maddi-texniki təminatı daha da gücləndirilir...

AQTA: İstehlakçıların seçiminə təsir edən yalnış reklam və etiketləmə halları aşkar edilib

AQTA: İstehlakçıların seçiminə təsir edən yalnış reklam və etiketləmə halları aşkar edilib

04 Avqust 2026 - 19:35

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən sərinləşdirici içkilər bazarında aparılmış monitorinqlər və təhlillər nəticəsində müəyyən edilib ki, bəzi sərinləşdirici...

Hərbi Dəniz Qüvvələrində buraxılış mərasimi keçirilib – VİDEO

Hərbi Dəniz Qüvvələrində buraxılış mərasimi keçirilib – VİDEO

03 Avqust 2026 - 10:15

Hərbi Dəniz Qüvvələrinin (HDQ) N hərbi hissəsində “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun növbəti buraxılış mərasimi keçirilib. Müdafiə Nazirliyindən Elchi.az-a verilən...

Next Post
ƏHD Partiyası sədrindən bayram təbriki

ƏHD Partiyası sədrindən bayram təbriki

Ceyhun Bayramov Hakan Fidanla regiondakı təhlükəsizlik vəziyyətini müzakirə edib

Ceyhun Bayramov Hakan Fidanla regiondakı təhlükəsizlik vəziyyətini müzakirə edib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Uitkoff və Kuşner gələn həftə Kiyev və Moskvaya səfər edə bilərlər

Uitkoff və Kuşner gələn həftə Kiyev və Moskvaya səfər edə bilərlər

08 Avqust 2026 - 18:18
Medvedev: Bu dəfə qurtula bilməyəcəklər, Rusiya onları da cəzalandıracaq

Medvedev: Bu dəfə qurtula bilməyəcəklər, Rusiya onları da cəzalandıracaq

08 Avqust 2026 - 17:53
İrandan Füzuliyə PUA vasitəsilə göndərilən narkotikin Bakıda dövriyyəsini təşkil etməyi planlaşdıran şəxslər saxlanılıb – VİDEO

İrandan Füzuliyə PUA vasitəsilə göndərilən narkotikin Bakıda dövriyyəsini təşkil etməyi planlaşdıran şəxslər saxlanılıb – VİDEO

08 Avqust 2026 - 17:31
Moskva istiqamətində uçan daha 7 PUA vurulub

Moskva istiqamətində uçan daha 7 PUA vurulub

08 Avqust 2026 - 17:04
İran XİN başçısı: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbulu parlamentin təsdiqindən asılıdır

İran XİN başçısı: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbulu parlamentin təsdiqindən asılıdır

08 Avqust 2026 - 16:49
Əraqçi: Hörmüz boğazı ilə bağlı razılaşmaya yaxınlaşmışıq

Əraqçi: Hörmüz boğazı ilə bağlı razılaşmaya yaxınlaşmışıq

08 Avqust 2026 - 16:27
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır

Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır

08 Avqust 2026 - 16:08
Lionel Messinin atası vəfat edib

Lionel Messinin atası vəfat edib

08 Avqust 2026 - 15:50
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

08 Avqust 2026 - 15:34
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni qazandı, eyni zamanda sülhü də qazandı – VİDEO

Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni qazandı, eyni zamanda sülhü də qazandı – VİDEO

08 Avqust 2026 - 15:12
Ukraynada hərbi helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb

Ukraynada hərbi helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb

08 Avqust 2026 - 14:48
Peru Meksika ilə diplomatik münasibətləri bərpa edir

Peru Meksika ilə diplomatik münasibətləri bərpa edir

08 Avqust 2026 - 14:29
Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı

Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı

08 Avqust 2026 - 14:09
Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

08 Avqust 2026 - 13:49
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

08 Avqust 2026 - 13:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.