"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

Qüdrət Həsənquliyev: Onlar da kiçik “paşinyan”lardır

13 Mart 2024 - 13:01
in Cebhe-banner, MANŞET
#image_title

#image_title

FacebookVatsap

“Məni Rusiyayönlü olmaqda günahlandıranlar keçdiyim yola baxıb utansınlar. Rusiya ilə dost olmağı ölkəmizin həyati mənafeləri tələb edir. Məhz bu siyasət Qarabağın işğaldan azad olunmasını təmin etdi”

 

Bunu da oxuyun

Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə edib

Rusiya: Ukraynada müvəqqəti atəşkəs deyil, uzunmüddətli sülh istəyirik

İordaniyada “Telegram” bloklanıb

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev “BayMedia”ya müsahibə verib.

Elchi.azhəmin müsahibəni oxuculara təqdim edir:

– Qüdrət bəy, Osmanqızı tv, ardınca “Azadlıq” radiosu sizi tənqid edir ki, siz Ermənistanın növbəti təxribatlarından biri zamanı Azərbaycan Silahlı Qüvvələrinin Zəngəzur dəhlizini nəzarətə götürməsini, sonra Naxçıvana maneəsiz yolun açılması şərti ilə Rusiyanın nəzarətinə verilməsini deməklə hökumətin və Rusiyanın maraqlarına cavab verən açıqlamalar verirsiniz. Bu barədə nə deyərdiniz?

– Onlar kimdirlər? Hər ikisi ABŞ-da yerləşən və ABŞ tərəfindən maliyyələşən, həmin dövlətin maraqlarını müdafiə edən təbliğatçılar. Bəlkə də daxildə azərbaycanlı olduqları üçün bu cür fəaliyyətlərinə görə əzab çəkirlər. ABŞ-ın mövqeyi, Qarabağ məsələsinə yanaşması necə olub? Elçibəy dövründə bizə sanksiya tətbiq edib, Qarabağdakı seperatçı rejimə maliyyə yardımı ayırıblar. ABŞ və müttəfiqləri 20 % torpaqlarımızı işğal edən, bir milyon insanı ev-eşiyindən didərgin salıb evlərini yerlə yeksan edən Ermənistanı işğalçı dövlət kimi tanımadılar, Xocalı qətliamına soyqırım demədilər. Heç vaxt demədilər ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. 20 Yanvar 1990-cı ildə dinc insanlara Bakıda divan tutmuş Qarbaçyova Nobei sülh mükafatı verdilər. Buna görə ABŞ-ın ikili standartlar siyasətini tənqid etmişəm. “Xalq cəbhəsi” qəzetinə sonuncu müsahibəmdə ABŞ-ın Ukrayna siyasətini pisləmiş, mahiyyətini açmışdım. Masahibəmin həmin hissəsini təkrar təqdim edirəm. Demişdim ki, “Bu ölkə ilə dostluq edib ona güvənənlər mütləq peşman olacaqlar. Əminliklə deyirəm,bu gün Ukraynada ABŞ-a nifrət edənlərin sayı Rusiyaya nifrət edənlərin sayından az deyil. ABŞ Ukraynaya təzyiq edib onun nüvə silahını əlindən alan əsas ölkədir. Ona görə Ukraynaya kömək etmək bu ölkənin dövlət ləyaqəti məsələsidir,siyasi, mənəvi öhdəliyidir. Amma ölkədə siyasi mənəviyyat korlandığından respublikaçılar Prezidentə deyir ki, sən bizim təklifi qəbul etməsən Ukraynaya yardım ayırmayacağıq. Bu da Baydenə sərf edir. Ümid edir ki, bu yolla onları hörmətdən salıb seçkilərdə səslərini azalda bilər. Baydenin Konqresin razılığı olmadan belə, başqa yollarla Ukraynaya kömək etmək imkanı var, amma etmir. İstəyir ki, Ukraynada daha böyük faciələr yaşansın və bəzi vicdanlı amerikalılar Trampdan üz döndərsin.

Bilirsiniz, mənəviyyat korlananda zülm ərşə qalxır, qanunsuzluq, müharibələr başlayır, sosial ədalət itir. ABŞ-da bütün mənəvi dəyərlər, beynəlxalq öhdəliklər daxili mübarizədə qurban verilib. Hər şey ABŞ-ın ikili standartlar siyasətindən başladı. Bunu görən Elçibəy, deyirdi ki, bu ölkə dağılacaq. İndi ABŞ-ın özündə belə çoxları bunu deyir. Cəmiyyət parçalanıb, qara dərililərə və ispan dillilərə dözümsüzlük günbəgün artır, nifrət vətəndaş müharibəsinə yol açacaq qədərdi. Tərəflər öz “liderlərinin” ən alçaq hərəkətlərinə haqq qazandırmağa, onu müdafiə etməyə hazır görünür”.

Görünür müsahibəmlə kimsə tanış olub və onlara tapşırıq verilib.

Ermənistan 10 noyabr 2020-ci ildə atəşkəs haqqında üçtərəfli birgə bəyannamə imzalamaqla öz ordusunu tam məhv olmaqdan xilas edib və üzərinə öhdəlik götürüb ki, Naxçıvana Rusiyanın nəzarət etdiyi maneəsiz gediş-gəliş üçün yol açacaq. İndi belə görünür ki, bizi aldadıblar. Mən də təklif edirəm ki, Ermənistan öhdəliyini yerinə yetirməsə güc tətbiq etməklə sazişin şərtlərini təmin etməliyik. Bizdən çox Ermənistana yolun açılması lazımdır, amma bu ölkənin liderləri öz xalqılarının maraqlarına yox, havadarlarının maraqlarına xidmət edirlər, İranın və Qərbin diqtəsi ilə bunu etmirlər. İşğala və seperatizmə son qoymaqla Ermənistanın dinc inkişafına yol açdığımız kimi,Zəngəzur dəhlizini açmaqla Ermənistan iqtisadiyyatının sürətli inkişafına və beləlklə də real müstəqillik əldə etmələrinə böyük töfhə vermiş olacağıq. Adlarını çəkdiyin internet TV-lər də bunu bilir, sadəcə onlar da kiçik “paşinyan”lardır.

Məni Rusiyayönlü olmaqda günahlandıranlar keçdiyim yola baxıb utansınlar. Rusiya ilə dost olmağı ölkəmizin həyati mənafeləri tələb edir. Məhz bu siyasət Qarabağın işğaldan azad olunmasını təmin etdi. Rusiya Azərbaycanın ərazi bütövlüyünə və dövlət suverenliyinə hörmət etdikcə bu siyasət davam, münasibətlər inkişaf etdirilməlidir. Rusiya Federasiyasında 8 türk respublikası var, 2 milyon azərbaycanlı yaşayır və burdakı ailələrinə pul göndərirlər. Rusiya kənd təsərrüfatı məhsullarımız üçün əsas bazardır, gənclərimizin iş tapdığı ölkədir. Rusiya ilə münasibətləri Qərbə qarşı olmaq kimi təqdim etmək isəyənlər ya gerizəkalıdır, ya da başqa maraqlara xidmət edənlərdir. Mən, sadəcə regionda daha sıx inteqrasiyanı, ilkin mərhələdə Türkiyə ilə ümumi bazar yaradılmasını təklif edirəm. Bu bizim seçki platformamızda da öz əksini tapmışdı. Qərb, o cümlədən İran bizimlə səmimi davranacaqsa onlarla əməkdaşlıqdan məmnun olacağıq.

Previous Post

Qüdrət Həsənquliyev: Onlar da kiçik “paşinyan”lardır

Next Post

“Sülh sazişinin bağlanması ilə yeni dövr başlayacaq” – Ərdoğan

Bənzər yazılar

Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə edib

Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə edib

16 Noyabr 2026 - 23:18

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi...

Rusiya: Ukraynada müvəqqəti atəşkəs deyil, uzunmüddətli sülh istəyirik

Rusiya: Ukraynada müvəqqəti atəşkəs deyil, uzunmüddətli sülh istəyirik

16 Noyabr 2026 - 18:23

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, onlar Ukraynada müvəqqəti atəşkəs yox, illərlə davam edəcək bir sülhə nail olmağa çalışırlar. O...

İordaniyada “Telegram” bloklanıb

İordaniyada “Telegram” bloklanıb

16 Noyabr 2026 - 12:00

İordaniyanın İctimai Təhlükəsizlik İdarəsi ölkə ərazisində "Telegram" messencerinin bloklandığını elan edib. Elchi.az "Al-Sawsanah" nəşrinə istinadən xəbər verir ki, bu qərar...

Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

14 Noyabr 2026 - 14:52

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında ikitərəfli münasibətlər qarşılıqlı hörmətvə etimada, bərabər hüquqa, yaxın tərəfdaşlığa,...

Next Post
“Sülh sazişinin bağlanması ilə yeni dövr başlayacaq” – Ərdoğan

"Sülh sazişinin bağlanması ilə yeni dövr başlayacaq" - Ərdoğan

“Sülh sazişinin bağlanması ilə yeni dövr başlayacaq” – Ərdoğan

"Sülh sazişinin bağlanması ilə yeni dövr başlayacaq" - Ərdoğan

Son xəbərlər

Bu ilin 9 ayında yol qəzalarında 500 nəfər ölüb, 640 nəfər yaralanıb

Bu ilin 9 ayında yol qəzalarında 500 nəfər ölüb, 640 nəfər yaralanıb

17 Noyabr 2026 - 10:46
NASA-nın “Curiosity” roveri tərəfindən gözlənilməz kəşf

NASA-nın “Curiosity” roveri tərəfindən gözlənilməz kəşf

17 Noyabr 2026 - 10:35
FHN-dən əhaliyə müraciət – Video

FHN uşaqların təhlükəsizliyi ilə bağlı müraciət edib

17 Noyabr 2026 - 10:21
Nazir Anar Əliyev Naxçıvanda vətəndaşları qəbul edəcək

Nazir Anar Əliyev Naxçıvanda vətəndaşları qəbul edəcək

17 Noyabr 2026 - 10:06
Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib

Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib

17 Noyabr 2026 - 09:58
Emin Əmrullayev Naxçıvanda müəllimlərlə görüşüb

Emin Əmrullayev Naxçıvanda müəllimlərlə görüşüb

17 Noyabr 2026 - 09:45
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşır

Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşır

17 Noyabr 2026 - 09:34
“NYMEX” əmtəə birjasında təbii qazın ucuzlaşması davam edir

“NYMEX” əmtəə birjasında təbii qazın ucuzlaşması davam edir

17 Noyabr 2026 - 09:26
Hikmət Hacıyev Avropa İttifaqının yüksəkvəzifəli rəsmiləri ilə görüşüb

Hikmət Hacıyev Avropa İttifaqının yüksəkvəzifəli rəsmiləri ilə görüşüb

17 Noyabr 2026 - 09:13
Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə edib

Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə edib

16 Noyabr 2026 - 23:18
COP31-in sədri Azərbaycan pavilyonunu ziyarət etdi

COP31-in sədri Azərbaycan pavilyonunu ziyarət etdi

16 Noyabr 2026 - 19:22
“Kəpəz” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb

“Kəpəz” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb

16 Noyabr 2026 - 19:13
Direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib

Direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib

16 Noyabr 2026 - 19:07
Tramp, Huanqın “Nvidia”nın rəhbəri vəzifəsinə qaytarılması ideyasına münasibət bildirib

Tramp, Huanqın “Nvidia”nın rəhbəri vəzifəsinə qaytarılması ideyasına münasibət bildirib

16 Noyabr 2026 - 18:55
Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirir

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirir

16 Noyabr 2026 - 18:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.