"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Qüdrət Həsənquliyev: “İlham Əliyev dördüncü respublikanın banisi kimi də tarixdə qala bilər”

12 Noyabr 2021 - 22:20
in MANŞET
FacebookVatsap

“Yeni konstitusiya və Seçki Məcəlləsi əsasında seçkilər keçirilə bilər”

Bunu da oxuyun

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib

12 noyabr – Konstitusiya günüdür. Bu ərəfədə hüquqi sahədə bir sıra humanist addımları müşahidə etməkdəyik, konkret olaraq Prezidentin amnistiya təşəbbüsünü xüsusilə qeyd edə bilərik. Amnistiya və konstitusiyamızla bağlı maraqlı fikirləri olan deputat, BAXCP sədri Qüdrət Həsənquliyev “Yeni Müsavat”a geniş müsahibə verib. Müsahibəni təqdim edirik:
– Qüdrət bəy, Prezidentin təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi 8 noyabr – Zəfər Günü münasibətilə Amnistiya Aktının icrasına başlanılıb. Bu humanist aktın Milli Məclisdə geniş müzakirəsinə ehtiyac duyulmadı. Bəs sizin partiya sədri və komitə sədrinin müavini olaraq amnistiya aktı ilə bağlı demək istədikləriniz var idimi?
– Əlbəttə, plenar iclasda çıxış edə bilməsəm də komitə iclasında fikirlərimi səsləndirmişdim. Qeyd etmişdim ki, tez-tez amnistiya aktlarının qəbul olunmasının əleyhinəyəm, çünki bu, dolayısı ilə cinayətkarlığı stimullaşdıra bilər. Cinayətkarlığı öyrənən kriminologiya elmi sübut edir ki, insanların 25% cinayət təqibindən qorxduğu üçün cinayət törətmir. Həmin kateqoriyadan olan insanlar fikirləşər ki, əşi, cinayət törətsəm və ifşa olunsam, onsuz da 2-3 ildən bir amnistiya olur, amnistiyaya düşüb, cəzadan azad olacağam. Amnistiya aktının və əfv sərəncamlarının tətbiq olunduğu məhkumlar məhkəmələr tərəfindən təyin olunmuş cəzaları sonadək çəkmədən azad olunurlar. Bu, cinayətdən zərər çəkmiş şəxslərin mənafelərinə, hisslərinə toxunur, sosial ədalət pozulur. Cinayət hüququnda humanizm prinsipi var, bu prinsip təkcə cinayət törədənlərə yox, həm də cinayətin qurbanlarına, zərərçəkənlərə münasibətdə nəzərə alınmalıdır. Yəni insan qanunu pozursa, bunun qarşılığında mütləq müəyyən bir məhrumiyyətlərlə üz-üzə qalmalıdır. 1995-ci ildən bu günə qədər 11 amnistiya aktı qəbul olunub. Amma mən bu amnistiyanı alqışladım. Niyə? Ona görə ki, bu, xalqımızın tarixində o qədər əlamətdar tarixi hadisə ilə əlaqədar olaraq verilirdi ki, əgər belə bir amnistiya verilməsəydi, cəmiyyət bunu bir az başa düşməzdi, deyərdi belə bir şanlı qələbə əldə olunub, amma amnistiya aktı qəbul olunmadı. Ona görə də parlamentə belə bir amnistiya aktı göndərib. Cinayət Məcəlləsinin hansısa maddəsi amnistiyaya düşürsə, bu zaman həmin maddə ilə məhkum olunmuş şəxslərin hamısına amnistiya tətbiq olunur və məhkumun ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmır. Buna görə əksər hallarda ağır və xüsusilə ağır cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddələrə amnistiya tətbiq olunmur. O baxımdan davranışları ilə əfv olunmaq haqqını qazandıqlarını düşünən məhbuslar varsa, onlar əfv üçün Prezidentə fərdi qaydada, ərizə ilə müraciət etsinlər.
– Amnistiyanın əhatə dairəsi barədə yanaşmanız necədir?
– Mən komitə iclasında demişdim ki, bunun dairəsini bir az genişləndirmək olardı. Nə mənada? Amnistiya azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərin təqribən 3 min nəfərinə şamil olunacaq. Bizdə təqribən 24 min nəfər azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkum var.
– Bu, çoxdur, ya azdır?
– Biz hər yüz min nəfərə görə, azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərin sayına görə Qərbi Avropa ölkələri arasında ön sıralardayıq.Ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin cəzasının çəkilməmiş hissəsini 1/3 qədər azaltmaq olardı. Eyni zamanda, ehtiyatsızlıqdan cinayət törədib 3 ilədək azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərə amnistiya şamil olunursa, bunu 5 ilə qaldırmaq olardı.
****
– Bununla belə, bəzi cəzaların sərtləşdirilməsi ilə bağlı cəmiyyətdə təkliflər var, az qala bu, sosial sifarişə çevrilməkdədir. Xüsusilə də yetkinlik yaşına çatmayanların cinsi istismara məruz qoyulması ilə əlaqədar. Son günlərdə ortaya çıxan dəhşətli fakt bunu bir daha gündəmə gətirdi. Vaxtilə sizin bununla bağlı konkret təklifiniz olmuşdu…
– Mən bir çox hallarda, bəzən cəmiyyət onu qəbul etməyə tam hazır olmayanda belə zəruri hesab etdiyim məsələlər barədə fikirlərimi insanlarla bölüşürəm. O vaxt mən bəzi ölkələrin təcrübəsinə əsaslanaraq demişdim ki, uşaqlara qarşı ağır cinayətlər törədən bəzi pedofillər cərrahi yolla sterilizasiya olunmalıdır ki, gələcəkdə eyni cinayəti törətmək imkanlarından məhrum olsunlar.Ölüm cəzası ləğv olunub və onun yenidən bərpası real deyil. Bir qrup insanlar düşünürlər ki, ölüm cəzasına yenidən qayıtmaq olmaz. Başqa bir qrup insanlar isə hesab edirlər ki, bəzi ölkələrdəki kimi, bizdə də ölüm cəzası olmalıdır. Bəzi xüsusilə ağır cinayətlər törətmiş, cəmiyyət üçün son dərəcə təhlükəli şəxsləri dövlət ömürlük azadlıqdan məhrum edir və onların ömrünün sonunadək yaşayış xərclərini çəkir. Amma öldürmür ki, yaratmadığımızı öldürə bilmərik.Öldürsək qatillə eyniləşərik. Bütün dünyada insanların özünümüdafiə hüququ tanınır. Tutaq ki, balaca uşağın onu zorlamaq istəyən həmin murdarı öldürmək imkanı olsaydı, o, cinayət məsuliyyətindən tam azad idi və onun heç bir mənəvi məsuliyyəti də olmayacaqdı.Bir qayda olaraq son zərurət vəziyyətində qatillərin,təcavüzkarların hücumunu dəf edib,onları öldürənlər hətta dövlət tərəfindən qəhrəmanlar kimi təltif olunur. Amma hesab edək ki, şəxs özünü müdafiə edə bilmədi və o cinayətin qurbanına çevrildi…Belə çıxır ki, dövlət balaca uşağa deyir ki, sənə təcavüz edən,səni öldürmək istəyən cinayətkarı cinayət hadisəsi baş verən an öldürə bilərsən, amma dövlət olaraq onu artıq həbs etdiyim üçün öldürə bilmərəm. Burda müəyyən suallar yaranır. Qanunverici orqanın məntiq isə ondadır ki,cinayət törətmiş şəxs həbs olunmaqla zərərsizləşdirilib və artıq cəmiyyətə təhlükə yaratmır. Cinayət qanununa görə təyin edilən cəzanın əsas məqsədi sosial ədaləti bərpa etmək,başqalarını cinayət törətməkdən çəkindirməkdir. Buna isə cinayətə adekvat cəza təyin etməklə nail olmaq olar. Yəni başqasını həyatdan məhrum edirsənsə, onun özünü müdafiə etməyə imkanı olmayıbsa, dövlət zəifin əvəzinə ədaləti həyata keçirir. Amma indi ümumən dünyada belə qəbul olunur ki, həm də məhkəmə səhvlərinin ola bilmə ehtimalına görə məhkəmə hökmləri ilə insanları öldürmək olmaz. Açığı, bu, həm də fəlsəfi məsələdir. Nə qədər ki, dövlət ölüm cəzasından imtina edib, onlar ən azından ömürlük azadlıqdan məhrum edilməlidirlər.
– Yeri gəlmişkən, konstitusiya günü ərəfəsində söhbət edirik və siz dəfələrlə konstitusiyaya düzəlişləri də təklif etmisiniz. Amnistiyanın tez-tez imzalanmasını düzgün hesab etməyən şəxs olaraq konstitusuyaya düzəlişləri normal hesab edirsinizmi?
– Sizə deyim ki, qanunların tez-tez dəyişməsi yaxşı hal deyil.
– Ana qanunun da?
– O cümlədən də ana qanunun. Həmçinin iqtisadi sferada münasibətləri tənzimləyən qanunların, vergi qanunvericiliyinin, gömrük rüsumlarının tez-tez dəyişdirilməsinin əleyhinəyəm. Bunlar xarici investorların ölkəyə gəlməsinin qarşısını alır. Elə öz sahibkarlarımızı da investisiya qoymaqdan çəkindirir. Onlar uzunmüddətli hesablaya bilmir ki, nə qədər investisiya qoyacaq və nə qədər qazanc götürəcəklər. Amma cəmiyyət inkişaf edir və bu inkişafa uyğun olaraq da qanunlar təkmilləşdirilməlidir, bu da çox vacib məsələdir. Bizim qanunlarda çoxlu boşluqlar, ziddiyyətlər var,o cümlədən konstitusiyamızda.
Qanunların, o cümlədən konstitusiyamızın tez-tez dəyişməsinin sözsüz ki, neqativ təsiri var. Amma yeni qanun qəbul olunursa, köhnə qanunlar mütləq təcili surətdə ona uyğunlaşdırılmalıdır, təkmilləşdirilməlidir. Bizdə 1995-ci ildən indiyədək konstitusiyaya üç dəfə dəyişikliklər edilib. Amma yeni konstitusiyanın qəbul olunmasına çox böyük ehtiyac var. Ona görə ki, yeni konstitusiyada bir çox müddəalar birmənalı yazılmalıdır. Tutaq ki, hakimlərin nə vaxt vəzifələrindən kənarlaşdırıla bilməsi ilə bağlı məsələ. Necə ki, hakimiyyətin digər qanadları, tutaq ki, prezidentin vəzifədən kənarlaşdırılmasında iştirak edir, impiçment qaydasında, hakim də dövlət hakimiyyətinin bir qanadını təmsil edirsə, yəni məhkəmə hakimiyyətinin nümayəndəsidirsə, yaxud hakimiyyətin digər qanadının təmsilçisini – qanunverici orqanın nümayəndəsinin vəzifəsindən kənarlaşdırılması qaydaları təqribən eyni olmalıdır, onların müstəqilliyini təmin etmək üçün.Yəni hakimin və deputatın da vəzifədən kənarlaşdırılmasında Prezident və hakimiyyətin digər qanadı iştirak etməlidir. Bundan əlavə, parlamentin hökumət üzərində nəzarət funksiyaları gücləndirilməlidir. Bizdə çox gülməli bir Konstitusiya Qanunu var – Hökumətin hesabatı haqqında. Bu qanunda yazılmayıb ki, parlament hökumətin fəaliyyətini qeyri-qənaətbəxş hesab etsə, bu, hansı hüquqi nəticə doğurar?
– Yəni bu halda ya hökumət buraxılmalıdır, ya da parlament…
– Tamamilə haqlısınız. Ona görə də konstitusiyada bir çox məsələlər aydın və birmənalı şəkildə yazılmalıdır ki, bu addım atıldıqda, onun hüquqi nəticələri nə olacaq…
– Dediklərinizdən belə anladım ki, Zəfər dövrünün, yeni mərhələnin yeni konstitusiyasına ehtiyac var, eləmi?
– Bəli, yeni dövrün yeni konstitusiyasına ehtiyac var. Mənim qənaətimə görə, 1995-ci ildə qəbul olunmuş konstitusiya artıq öz ömrünü başa vurub.
– Yeni konstitusiya ilə bağlı sizin hansı təklifləriniz var?
– Yeni konstitusiyada siyasi partiyalarla bağlı ayrıca maddənin, seçki sistemi ilə bağlı ayrıca fəslin olmasına ehtiyac var. Heç bir partiyaya, yaxud siyasi bloka imkan verilməməlidir ki, parlamentdə yerlərin 2/3-dən çoxuna sahib ola bilsin. Parlamentdə fraksiyaların olmasının əsası konstitusiyada təsbit olunmalıdır. Yəni topladığı səsdən asılı olmayaraq, ən azı 3 partiya parlamentdə təmsil olunmalıdır. Ermənistan artıq bu təcrübədən istifadə edir. Beləliklə, elə işlək mexanizmlər nəzərdə tutulmalıdır ki, doğrudan da hakimiyyət bölgüsü real məzmun kəsb eləsin, çoxpartiyalı sistem əsas qanunla ciddi şəkildə qorunsun və konstitusiya ilə ona müəyyən təminatlar verilsin. Yəni o hüquqlar deklorativ xarakter daşımasın. Ona görə də mən bu fikirdəyəm ki, Azərbaycanda mütləq şəkildə yeni konstitusiyanın qəbul olunmasına ehtiyac var. Mən reallıqda bilirəm ki, bir çox partiyalar parlamentli respublika modelinə keçidi dəstəkləyirlər. Ümumiyyətlə, mənim qənaətim bundan ibarətdir ki, bəlkə də Zəfər gününədək, yəni 2020-ci ilin 8 noyabrınadək bizdə prezident üsul-idarəsinə çox böyük ehtiyac var idi, hərçənd mən bunu qəbul etmirdim. Bizim 1991-ci ildə qəbul etdiyimiz Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında qeyd olunur ki, biz AXC-nin varisiyik. O halda biz parlamentli respublikaya keçid etməliyik. Amma 1991-ci ildə bizim demokratiya uğrunda vuruşduqlarını deyən insanların çoxu ruhən demokrat deyildilər,ona görə parlamentli respublikaya keçid edilmədi. Biz bilirik ki,o zaman əsas məsələ hakimiyyət uğrunda mübarizə məsələsiydi. Elə indinin özündə də bir çox hallarda demokratiya uğrunda hay-küylü çağırışlar eşidirik. Niyə insanlar bunlara reaksiya vermirlər? Konkret bir nümunə çəkim: Cəmil Həsənli deputat olduğu dövrdə indi etdiyi radikal çıxışların 5 % -i səviyyəsində çıxış edirdi? Yox. Bəzi hallarda hətta nazirlərin şanına, şərəfinə təriflər yağdırırdı, Heydər Əliyevin abidəsini ziyarət edirdi. Övladının xeyir işində də süfrəsinin başında Əli Əhmədov olmaqla YAP-çılar əyləşmişdi. Milli Məclisdə tənqidi çıxışları da olub, amma ümumən götürəndə indiki radikallığın 5%-i faizi var idimi? Sizə deyim ki, heç 3 faizi də yox idi. Camaat görür ki, bu kimi adamların davası hakimiyyət davasıdır. Deputat seçilməyəndən sonra başladı radikal çıxışlar etməyə. O cümlədən indi radikallıq edən başqa deputat olmuş şəxslər, yaxud keçmiş nazirlər, keçmiş səfirlər… Onlar indi haqsızlıqlardan, camaatın acından ölməsindən danışırlar, guya əhalinin vəziyyətinə görə gecə yata bilmirlər, gərginlik keçirirlər, bəs onlar vəzifədə olduqları dövrdə necə yatırdılar? Yoxsa onda vəziyyəti görmürdün, yoxsa hər şey indikindən yaxşı idi? Görürdünsə, niyə etiraz əlaməti olaraq istefa vermirdin, bu gün dediklərini onda demirdin? Yoxsa gəlirsən, gözləyirsən, yeni təyinat almayanda başlayırsan xalqın acı həyatından danışmağa…
– Demək, konstitusiya islahatlarını zəruri sayırsınız…
– Yuxarıda qeyd etdiyim kimi, müharibə dövründə başa düşürdük, ölkə əraziləri işğal altındaydı, bu zaman güclü mərkəzləşdirilmiş hakimiyyətə ehtiyac var idi. Ona görə də mən iqtidar nümayəndələrinin arqumentlərini ciddi qəbul edirdim, baxmayaraq ki, mənim mövqeyim fərqli idi, amma onların bunu deməyə əsası var idi. Lakin indi hesab edirəm ki, biz parlamentli respublika modelinə keçsək, daha doğru olar və yeni konstisusiyada – bu, 4-cü respublika olacaq, İlham Əliyev dördüncü respublikanın banisi kimi də Azərbaycan tarixində qala bilər, təkcə torpaqlarımızı işğaldan azad edən Ali Baş Komandan kimi yox. Yəni ölkəni keçirər parlamentli respublikaya, Azərbaycanın gələcəyi oradadır. Əgər istəyiriksə ki, ölkə doğrudan da köklü surətdə demokratiyaya keçid eləsin, yeni vərdişlər yaransın, mütləq parlamentli respublikaya keçmək lazımdır. İlham Əliyevin tam imkanı var ki, bunu eləsin. Mənim istədiyim budur. Əgər iqtidar buna getməsə, heç olmasa yeni konstitusiya ilə parlamentin hökumət üzərində nəzarət funksiyaları artırılar, məhkəmə sisteminin konstitusion qaydada müdafiəsi təşkil olunur. Bununla da hakimiyyət bölgüsü real məzmun alır. Bu halda, əlbəttə, qanunların aliliyinin təmin olunması daha yaxşı səviyyədə həyata keçiriləcək. Nəticədə ölkəyə investisiya axını olacaq, büdcə də artacaq, iş yerlərin sayı əhəmiyyətli dərəcədə çoxalacaq. Bir sözlə, ölkə yeni bir dövrə qədəm qoyacaq. Mən konstitusiya islahatlarını çox zəruri hesab edirəm və düşünürəm ki, qarşıdakı illərdə bütün siyasi partiyalar bu istiqamətdə aktiv fəaliyyət göstərsələr, biz bunu günümüzün əsas mövzusuna çevirə bilərik.
– Bəs növbədənkənar parlament seçkilərinə necə, ehtiyac varmı?
– Yox. Buna ehtiyac yoxdur. Biz yeni konstitusiya, sonra yeni Seçki Məcəlləsi qəbul etməliyik. Yeni parlament seçkilərinə isə 3 il vaxt qalıb. Bu işləri siyasi iradə olsa, 3 ilə ancaq həyata keçirə bilərik və seçkilər də vaxtında keçirilməlidir. Seçkilərin tez-tez keçirilməsinin də cəmiyyətdə çox mənfi nəticələri ola bilər. Hesab edirəm ki, bu islahatların həyata keçirilməsi üçün üç il zaman ancaq yetər. Çünki bu məsələlər geniş ictimai müzakirələrdən keçməlidir. Yeni konstitusiya və Seçki Məcəlləsi əsasında yeni seçkilər keçirilə bilər. Mən bunu ən doğru yol sayıram.

Previous Post

Qüdrət Həsənquliyev: “İlham Əliyev dördüncü respublikanın banisi kimi də tarixdə qala bilər”

Next Post

Zəngilanlılara şad xəbər: köçürülmə başlayır

Bənzər yazılar

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

20 Sentyabr 2026 - 12:41

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli...

Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

20 Sentyabr 2026 - 10:38

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. Elchi.az xəbər verir ki, bəyanatda 20 sentyabr tarixinin...

Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib

Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib

18 Sentyabr 2026 - 22:41

Azərbaycanın Cenevrədəki Daimi Nümayəndəliyi BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində mina qurbanlarının hüquqlarının müdafiəsinə həsr olunmuş xüsusi tədbir təşkil...

Bakının Ceyhun Hacıbəyli küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının Ceyhun Hacıbəyli küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

18 Sentyabr 2026 - 20:44

Bakının Nəsimi rayonunun Ceyhun Hacıbəyli küçəsində yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə əlaqədar qazıntı işləri aparılmış hissədə yol örtüyünün bərpası həyata...

Next Post
Zəngilanlılara şad xəbər: köçürülmə başlayır

Zəngilanlılara şad xəbər: köçürülmə başlayır

Zəngilanlılara şad xəbər: köçürülmə başlayır

Zəngilanlılara şad xəbər: köçürülmə başlayır

Son xəbərlər

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

20 Sentyabr 2026 - 13:00
Lamin Yamal İspaniya La Liqasında 50 məhsuldar ötürmə ilə rekorda imza atıb

Lamin Yamal İspaniya La Liqasında 50 məhsuldar ötürmə ilə rekorda imza atıb

20 Sentyabr 2026 - 12:55
Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

20 Sentyabr 2026 - 12:54
Braziliyalı hücumçu Rafinya “Barselona”nın tarixinə düşüb

Braziliyalı hücumçu Rafinya “Barselona”nın tarixinə düşüb

20 Sentyabr 2026 - 12:51
Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

20 Sentyabr 2026 - 12:49
Çin şirkəti “Kinetica-1” daşıyıcı raketinin 16-cı buraxılışını başa çatdırıb

Çin şirkəti “Kinetica-1” daşıyıcı raketinin 16-cı buraxılışını başa çatdırıb

20 Sentyabr 2026 - 12:43
Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

20 Sentyabr 2026 - 12:41
Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

20 Sentyabr 2026 - 10:38
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb

20 Sentyabr 2026 - 10:37
“Yuventus”un qapıçısı Kamil Qrabara diz zədəsi ilə üzləşib

“Yuventus”un qapıçısı Kamil Qrabara diz zədəsi ilə üzləşib

20 Sentyabr 2026 - 10:35
“Haber Global”: Antiterror əməliyyatı ilə Azərbaycan Ordusu daha bir parlaq zəfərə imza atıb

“Haber Global”: Antiterror əməliyyatı ilə Azərbaycan Ordusu daha bir parlaq zəfərə imza atıb

20 Sentyabr 2026 - 10:33
Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19 Sentyabr 2026 - 18:11
Hava ilə bağlı xəbərdarlıq: Şimşək çaxacaq, dolu düşəcək

Göygölə dolu düşüb – FAKTİKİ HAVA

19 Sentyabr 2026 - 17:30
FHN DYMX növbəti “açıq qapı günü” tədbiri keçirib – VİDEO

Bakıda yaşayış binasında yanğın olub

19 Sentyabr 2026 - 16:53
Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb

Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb

19 Sentyabr 2026 - 16:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.