"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Qüdrət Həsənquliyev: “Region ölkələrindən əməkhaqqına görə geri qalırıq”

04 May 2018 - 12:48
in MANŞET, SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

 Qüdrət Həsənquliyev: “ Yalnız islahatları dərinləşdirməklə gələcəkdə əməkhaqlarını, o cümlədən pensiyaları artıra bilək”

Bunu da oxuyun

Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdəyeni mərhələ

ƏHD Partiyası Əbülfəz Elçibəyin məzarını ziyarət edib

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

“Əlbəttə, əmək haqları artırılmalı idi. Amma doğrusu düşünürəm ki, indiki artım yetərli deyil. Ona görə ki, ölkədə həm devalvasiya baş verib, həm də əməkhaqqı vətəndaşların layiqli yaşayışını təmin etmək üçün yetırli olmalıdır”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclası zamanı səsləndirib.
Millət vəkili bildirib ki, dövlət qulluqçuları, ali hakimiyyət orqanlarının təmsilçiləri başqa qazanc, gəlirlər barədə düşünməməlidirlər: “Hesab edirəm ki, onlar aldıqları əməkhaqqı ilə öz ailələrini layiqincə təmin eləməlidirlər. Biz əməkhaqqı ilə bağlı bütün region dövlətləri ilə müqayisədə – məsələn, birinci elə özümüzdən başlayaq – millət vəkillərinin əməkhaqqına görə geridə qalırıq. Həm də bəzi qonşu dövlətlərlə müqayisədə bizim əməkhaqqımız bir neçə dəfə azdır. Məsələn, mən bilmirəm Prezident Admisinstrasiyasının əməkdaşları nə qədər maaş alırlar. Bu barədə bizə ətraflı məlumat verilsəydi, yaxşı olardı. Amma mənə verilən məlumata görə, hətta Prezident Administrasiyasının şöbə müdirinin maaşı bizim Milli Məclis rəhbərliyinin əməkhaqqından yüksəkdir. Hesab edirəm ki, bu da hakimiyyət bölgüsü prinsipinə uyğun deyil, hakimiyyətin qanadlarının bərabərliyi prinsipinin pozulmasıdır. Biz Azərbaycan prezidentini əməkhaqqını Seçki Məcəlləsi ilə müəyyənləşdirmişik, bu 15 min manatdır. Düşünürəm ki, ən azı Azərbaycan Respublikasının baş naziri, Milli Məclisin spikeri 10 min manat, deputatlar isə indiki real vəziyyətə uyğun olaraq ən azı 8 min manat maaş almalıdırlar. Ola bilsin bəziləri fikirləşəcək ki, bu vətəndaşlarda qıcıq yarada bilər. Yəni orta aylıq əməkhaqqının az olduğu dövrdə ali dövlət hakimiyyət orqanlarının üzvlərinin əməkhaqqılarının bu qədər artırılması əlavə narahatlığa səbəb olar. Mən şəxsən belə düşünmürəm. Sadəcə vətəndaşlarımızla iş aparmaq lazımdır. Mən mətbuata da bu barədə açıqlama veürmişdim. Vaxtilə Sinqapurda “Sinqapur möcüzələri” islahatlarına başlanılanda məmurların, xüsusilə nazirlərin illik əməkhaqları 2,2 milyon dollardan başlamışdı. Sonradan, 2012-ci ildə əməkhaqqıları 36 faiz endirildi. Artıq dövlət sabitləşmişdi, ölkə inkişaf eləmişdi. Hazırda Sinqapurda nazirlər 100 min ABŞ dollarından artıq maaş alırlar. Nazirlər o qədər maaş aldığına görə də, orta aylıq əməkhaqqı bu gün Sinqapurda 58 min dollardır. Biz vətəndaşlarımıza deməliyik, əgər siz istəyirsinizsə ki, ölkədə korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılsın, biz, məmurların, nazirlərin, millət vəkillərinin əməkhaqqılarını ciddi şəkildə artırmalıyıq. Tələb etməliyik ki, onlar başqa qanunsuz yollarla varlanmaq, yaxud ailələrini saxlamaq barədə düşünməsinlər. Bundan sonra isə ölkədə həm korrupsiyaya qarşı mübarizəyə, həm də islahatlara yol açılacaq. İnsanlara Sinqapur təcrübəsini izah etmək lazımdır. Yəni deyilməlidir ki, əgər Azərbaycanda nazir 10 min manat alacaqsa, siz də 5 min manat maaş almaq imkanınız yaranacaq. Yoxsa yenə də nazir 2, maksimum 3 min manat maaş alacaqsa siz də 500 manat maaş alacaqsınız. Məncə xalqımızla bu cür əsalandırlmış izahat aparılsa bu məsələ heç bir qıcıq doğurmayacaq”.

“Dövlət niyə bizneslə bu qədər məşğul olmalıdır?”

Millət vəkili əlavə edib ki, ölkədə əməkhaqqı ilə bağlı bizim ayrıca qanun qəbul etməyimizə ehtiyac var. Onun sözlərinə görə, dövlətin əməkhaqqı siyasəti həmin qanunda öz əksini tapmalıdır: “Hazırda ombudsmanın əməkhaqqını artırmaq üçün biz konstitusiya qanununa dətişiklik etməliyik. Bilirsiniz ki, iqtisadiyyatda tənəzzüllər də, inkişaf da ola bilər. Əgər inkişaf olacaqsa, dövlətin pulu artacaqsa, deməli hamının rifahı yaxşılaşdığı kimi, dövlət məmurlarının da, ombudsmanın da əməkhaqqı artırılmalıdır. Yox tənəzzül olacaqsa, maaşları azaltmağa ehtiyac yaranacaqsa onda da maaşları azaltmalıyıq. Biz hər dəfə buna görə, konstitusiya qanununu dəyişməli deyilik. Ona görə də, təklif edirəm ki, əməkhaqqı ilə bağlı bir qanun qəbul edək və burada da nəzərdə tutulsun ki, hər dəfə biz əməkhaqqını artıranda, yaxud azaldanda qanunlara bu cür baxmaq məcburiyyətində qalmayaq. Yeri gəlmişkən, əməkhaqqı siyasəti ilə bağlı həm də onu söyləmək istyirəm ki, bizdə bir çox kateqoriyadan olan insanların əməkhaqları çox aşağıdır. Bu kateqoriyaya aid olan təbəqələrdən biri də həkimlərdir. Mən əvvəllər də məsələ qaldırmışam ki, axı bizdə niyə bu qədər dövlət xəstəxanası olmalıdır. O dövlət xəstəxanalarının böyük əksəriyyətində onsuz da tibbi xidmət pulludur. Əgər orada tibbi xidmət pulludursa, o zaman niyə bu dövlət xəstəxanası sayılır? Bu xəstəxananı özəlləşdirmək lazımdır ki, sahibkar orada normal şərait yaratsın, yeni avadanlıqlar alsın, həmin xəstəxananın təmirinə xüsusi mülkiyyətdə olan əmlak kimi diqqət yetirsin. Həm də işçilərinə yüksək əməkhaqqı versin. Yəni bu özəlləşdirmənin aparılmamasının səbəbi bəlli deyil. Yaxud aydın deyil ki, nə üçün adi küçə təmizliyi ilə də dövlət müəssisələrinin əməkdaşları məşğul olur. Dövlət niyə bu xidmətlə məşğul olmaldır? Olmaz ki, həmin xidmət sahələrinin hamısı özəlləşdirilsin və dövlət həmin özəlləşdirilmiş şirkətlə müqavilə bağlasın? O şirkətlər də həm vergi ödəsinlər və həm də bu işi görsünlər. Dövlət niyə bizneslə bu qədər məşğul olmalıdır? Mən Azərbaycanda özəlləşdirmənin bu qədər gecikdirilməsinin səbəbini anlamıram. Bazar iqtisadiyyatına keçmişiksə, bu barədə ciddi düşünməliyik və Azərbaycanda islahatlar dərinləşdirilməldiir. Yalnız islahatları dərinləşdirməklə gələcəkdə əməkhaqlarını, o cümlədən pensiyaları artıra bilək”.

“Qanunlar icra edilmirsə, niyə qəbul edirik?”

Millət vəkili həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamansı da fikirlərini bölüşüb. O bildiirb ki, qanun yaxşı hazırlanıb: “Mən qanunun hazırlanmasında iştirakı olan hər bir şəxsə öz minnətdarlığımı bildirirəm. Bizim normativ hüquqlar haqqında konstitusiya qanununa görə, hər bir qanun qəbul olunarkən o mütləq maliyyə ekspertizasından keçməlidir. Bu qanunun 6-cı fəsli əlilliyi olan şəxslərin sosial müdafiəsinə həsr olunub və burada da qeyd olunur ki, əlilliyi olan şəxslərin tibbi təminat hüququ, reabilitasiya vasitələri, mənzil almaq hüququ var. O cümlədən də onlara digər sosial xismətlər göstərilməldir. Ona görə də burada mütləq millət vəkillərinə məlumat verilməliydi ki, bu xərclər ildə təqribən nə qədər olmalıdır? Məsələn mən nazirliyin veb səhifəsində baxdım ki, ölkədə 620 min əlil var. 620 min əlilin 72 mini 18 yaşına qədər olan uşaqlardır. Prezident tərəfindən 2014-2018-ci illərdə əlillərin evlə təmin olunmasına dair dövlət proqramı təsdiq olunub və 5731 əlil 2018-ci ilin sonuna qədər evlə təmin olunmalıdır. Günün birinci yarısında hörmətli həmkarımız Fazil Mustafa da məsələ qaldırdı ki, qanunları qəbul edirik, amma əgər o qanunlar tətbiq olunmursa, icra edilmirsə, o zaman bu qanunları niyə qəbul edirik? İndi də əgər dövlətin imkanı çatmırsa ki, biz bu əlilləri ən azı ağlabatan müddətdə evlə təmin edək, onda biz bu qanunu niyə qəbul edirik? Bizə bu barədə məlumat verilməlidir. Hörmətli Natiq müəllim ( Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov) burada iştirak edir. O məlumat versin, görək bu 5731 əlildən neçə nəfər – hansı ki onların hamısı evlə təmin olunmalı idi – evlə təmin olunub? İlin başa çatmasına da cəmi 7 ay qalıb. Məsələn, mən nazirliyin veb səhifəsinə baxdım, ev növbəsinə duranların ümumi sayı yerləşdirilməyib. Yəni orada siyahı rayonlar üzrə verilib və gərək özün hər rayonda nə qədər əlil vətəndaşın olmasını hesablayasan. Sonuncu Zərdab rayonu qeyd olunmuşdu və mən internetdə həmin rayon üzrə siyahıya baxdım. Orada qeyd olunub ki, 67 nəfər ev növbəsinə durub, 2017-ci ildə onlardan cəmi 7 nəfəri evlə təmin olunub. Bu gedişlə görün neçə il lazımdır ki, bu insanlar evlə təmin oluna bilsinlər. Yəni bu hüququ onlara verməklə yanaşı, əgər biz onları evlə təmin etməyəcəyiksə hesab edirəm ki, o insanları dövlət idarələrinin qapısı ağzında qoymağa ehtiyac yoxdur. Onlar mütəmadi olaraq dövlət orqanlarına, millət vəkillərinə müraciət edirlər. Bununla bağlı mən büdcənin müzakirəsində də hökumət üzvlərinə öz etirazımı bildirmişdim. Biz bu il büdcədən 28 milyon manat Qarabağ əlillərinin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün vəsait ayırmışdıq. Mən o zaman da söyləmişdim ki, bu vəsait həddindən artıq azdır. Ona görə də bu tipli qanunlar müzakirəyə çıxarılarkən qeyd olunmaldır ki, əlillərin sayı hər il təqribən nə qədər artır? Hər il biz nə qədər mənzil tikməliyik və bunun üçün büdcədən nə qədər vəsait ayrılmalıdır ki, əlillərin problemlərini həll edə bilək”.

Previous Post

Qüdrət Həsənquliyev: “Region ölkələrindən əməkhaqqına görə geri qalırıq”

Next Post

Vaqif Əliyevin şübhəli bank əməliyyatları

Bənzər yazılar

Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdəyeni mərhələ

Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdəyeni mərhələ

22 Avqust 2026 - 15:16

Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə,mədəniyyətə, dil və mənəvi dəyərlərə, möhkəm birliyə,həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü...

ƏHD Partiyası Əbülfəz Elçibəyin məzarını ziyarət edib

ƏHD Partiyası Əbülfəz Elçibəyin məzarını ziyarət edib

22 Avqust 2026 - 10:34

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvləri milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarını vəfatının 26-cı ildönümü ilə bağlı...

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

21 Avqust 2026 - 23:36

Amerikanın Arxeologiya İnstitutunun nüfuzlu "Archaeology Magazine" elmi jurnalında Cəlilabad rayonunda tapılan daş kürə barədə məqalə dərc olunub. Bu barədə Elchi.az...

Pezeşkiyan: “Yaxın Şərqdə müharibəni bu gün bitirmək ən yaxşısıdır”

Pezeşkiyan: “Yaxın Şərqdə müharibəni bu gün bitirmək ən yaxşısıdır”

21 Avqust 2026 - 17:06

İran güclü geosiyasi mövqededir, buna görə də hazırda Yaxın Şərqdəki münaqişəni əlverişli şərtlərlə başa vurmaq imkanı var. Elchi.az xəbər verir ki,...

Next Post
Özəl: Vaqif Əliyevin şübhəli bank əməliyyatları

Vaqif Əliyevin şübhəli bank əməliyyatları

Ödənişsiz onlayn sınaq imtahanı olacaq

Ödənişsiz onlayn sınaq imtahanı olacaq

Son xəbərlər

Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

22 Avqust 2026 - 15:57
Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdəyeni mərhələ

Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdəyeni mərhələ

22 Avqust 2026 - 15:16
“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

22 Avqust 2026 - 15:01
İşlədikləri şirkəti soyanlar saxlanıldı

İşlədikləri şirkəti soyanlar saxlanıldı

22 Avqust 2026 - 14:38
Xalq artisti Şükufə Yusupova ağır yol qəzasına düşüb, vəziyyəti açıqlandı

Xalq artisti Şükufə Yusupova ağır yol qəzasına düşüb, vəziyyəti açıqlandı

22 Avqust 2026 - 14:13
Kəlbəcər–Laçın avtomobil yolunda işlərin 50 faizdən çoxu icra olunub

Kəlbəcər–Laçın avtomobil yolunda işlərin 50 faizdən çoxu icra olunub

22 Avqust 2026 - 13:21
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir

Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir

22 Avqust 2026 - 13:00
ABŞ Kanadadan 20 milyard dollarlıq məhsula 50% tarif tətbiq etdi

ABŞ Kanadadan 20 milyard dollarlıq məhsula 50% tarif tətbiq etdi

22 Avqust 2026 - 12:42
Bazar günü bəzi yerlərdə 40 dərəcə isti olacaq

Bazar günü bəzi yerlərdə 40 dərəcə isti olacaq

22 Avqust 2026 - 12:17
Kiyevdə dəmir yolu vuruldu: ölən var

Kiyevdə dəmir yolu vuruldu: ölən var

22 Avqust 2026 - 11:52
Tayvanda 5,1 bal gücündə zəlzələ qeydə alındı

Tayvanda 5,1 bal gücündə zəlzələ qeydə alındı

22 Avqust 2026 - 11:35
Əməkdar jurnalist Nurani vəfat etdi

Əməkdar jurnalist Nurani vəfat etdi

22 Avqust 2026 - 11:18
FHN “Bilgəh Kardioloji Sanatoriyasın”da təlim keçirib – VİDEO

FHN “Bilgəh Kardioloji Sanatoriyasın”da təlim keçirib – VİDEO

22 Avqust 2026 - 11:09
Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

22 Avqust 2026 - 10:50
ƏHD Partiyası Əbülfəz Elçibəyin məzarını ziyarət edib

ƏHD Partiyası Əbülfəz Elçibəyin məzarını ziyarət edib

22 Avqust 2026 - 10:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.