Qüdrət Həsənquliyev: Cəzaçəkmə müəssisələri şəhərdən kənara çıxarılmalıdır

64

Cəzaçəkmə müəssisələri şəhərdən kənara çıxarılmalıdır.

Elchi.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələri ilə birgə iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

“Həmin müəssisələri yeri hərraca çıxarılıb satılsa, onu pulu ilə Bakının kənarında müasir standartlara cavab verən cəzaçəkmə müəssisələri tikmək olar. Bu, həm insan hüquqları məsələsinə uyğundur, həm də Azərbaycanın beynəlxalq imici məsələsidir”, – deyə deputat bildirib.