Quam Mavar qasırğasına hazırlaşır

384

Sakit okeanın qərbində yerləşən Quam adası Mavar tayfunun birbaşa təsiri altında ola biləcəyi açıqlanıb.
Elchi.az xəbər verir ki, Quam qubernatoru Lou Leon Guerrero adada yaşayan 171 min insanı sakit olmağa və qasırğaya hazır olmağa çağırıb.
Qubernator deyib ki, özünün “real təhlükə” kimi təsvir etdiyi Mavar tayfunu adayı birbaşa vura bilər.
Quam Milli Meteoroloji Xidmətinin baş meteoroloqu Patrick Doll, birbaşa hədəf olmasalar belə, tayfunun çox yaxında təsirli olacağını vurğulayıb.
“4-cü kateqoriya” kimi təsnif edilən tayfunda küləyin sürətinin saatda 225 kilometrə çatacağı gözlənilir. Bu, son 20 ilin ən güclü tayfunu kimi qeydə alına bilər.

Şayəstə Hüseynova