Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossinin iyunun 14-də baş verməli olan Zaporojye atom elektrik stansiyasına səfəri cümə axşamına təxirə salınıb.
Elchi.az Tass.ru-ya istinadən xəbər verir ki, bu barədə “Rosenerqoatom” konserninin baş direktorunun müşaviri Renat Karçaa bildirib.
“Missiya bir gün təxirə salınıb”,-deyə o qeyd edib.
Xatırladaq ki, Qrossinin Kiyevə və ZAEP-ə səfər etmək planları barədə məlumat yayılmışdı. Səfər Kaxovka SES-in dağılmasından sonra mövcud vəziyyətin qiymətləndirilməsi ilə bağlı olmalıdır.
Yeganə