Qrenlandiyada 2 milyon illik DNT nümunəsi tapılıb

56

Alimlər Qrenlandiyanın ən şimal nöqtəsində 2 milyon illik DNT nümunəsi aşkar ediblər.
Elchi.az xəbər verir ki, bu barədə tədqiqatçılar “Nature” jurnalında dərc edilən araşdırmada torpaqdan götürülmüş DNT nümunələri ilə 2 milyon il əvvəl qısır arktik səhra olan Qrenlandiyada ağac, bitki və heyvanların tapıldığını bildiriblər.
Alimlər soyuq havanın DNT fraqmentlərinin qorunmasına kömək etdiyini və tapıntıların iqlim dəyişikliyi baş verməzdən əvvəl on minlərlə il əvvəl formalaşıb donmuş ola biləcəyini ifadə etdilər.
Kembric Universitetindən genetik Eske Willerslev, DNT-ni fərqli növlərlə müqayisə etdiklərini və uyğunluq tapmağa çalışdıqlarını söylədi.
DNT-də mastodon, qaz, dovşan, şimal maralı və lemmings kimi heyvanların izlərinin də olduğunu söyləyən Willerslev, əksər mastodon qalıqlarının daha əvvəl Şimali Amerikadakı meşələrdə görüldüyünü qeyd etdi.

Şayəstə