Rusiya prezidenti Vladimir Putin Qırğızıstanın paytaxtı Bişkekdə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Bişkekdə Avrasiya İqtisadi İttifaqının (Aİİ) Ali Şurasının iclasından sonra görüşüblər.
Mətbuat konfransında çıxış edən Putin Rusiyanın Ermənistanın aparıcı iqtisadi və kommersiya tərəfdaşı olduğunu ifadə edərək, “Rusiya Ermənistanın ticarət həcminin 30 faizini təşkil edir və hətta əsas investor olaraq qalır, investisiyaların 40 faizi Rusiyaya aiddir.”
Bu ilin 9 ayında ikitərəfli ticarət həcminin 67 faiz artdığını bildirən Putin bunun müsbət göstərici olduğunu bildirib.
Ermənistanın baş naziri Paşinyan da Putinlə regional məsələləri müzakirə edəcəklərini bəyan edərək, “Təəssüf ki, regionda vəziyyət gərgin olaraq qalır” dedi.
Qarabağ məsələsinin həllinin regionda ən mühüm məsələ olduğunu vurğulayan Paşinyan ötən günlərdə bölgədə münaqişələrin olduğunu xatırladıb.
Şayəstə