Elchi.az xəbər verir ki, bu barədə Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Avrasiya İqtisadi Birliyi Zirvə Toplantısının ardından mətbuat konfransı təşkil edən Putin, “Neftimizi satdığımız qiymət səviyyəsində neftə tətbiq edilən tavan qiymətdən təsirlənməyəcəyik” dedi.
Rusiya vətəndaşı Viktor Butt və ABŞ basketbolçusu Britni Qrinerin mübadiləsinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) apardığı danışıqlar nəticəsində reallaşdığını bildirən Rusiya prezidenti Vladimir Putin ABŞ ilə yeni məhbus mübadiləsinin aparıla biləcəyini bildirib.
FSB ilə ABŞ kəşfiyyatı arasında məhbus mübadiləsi ilə bağlı təmasların davam etdiyini bildirən Putin, mümkün yeni mübadilələrlə bağlı “Hər şey mümkündür” dedi.
Şayəstə