“Qondarma yas mərasimi Sərkisyana baha başa gələcək”

🗓 26.11.2014 09:59 ✍️ "Elçi" qəzeti
“Qondarma yas mərasimi Sərkisyana baha başa gələcək”
"Helikopterin vurulması ilə məhv edilmiş erməni hərbiçilərin valideyinləri, qohumları, Ermənistanın mülki əhalisi qondarma yas 27171mərasimindən böyük narahatlıq ifadə edir, baş vermiş hadisəyə görə bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə qoyur. Təsadüfü deyildir ki, İrs Partiyası açıq ittihamlarla çıxış edir ki, Sərkisyan rejimi bu avantüraya görə cavab verməlidir".  Bu fikirləri Aktual.az-a Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, professor, politoloq Elman Nəsirov helikopterin vurulması nəticəsində məhv edilmiş erməni hərbiçilərinə ölkələrində qondarma yas mərasiminin keçirilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. O qeyd edib ki, Ermənistan höküməti daxildə yaranmış gərginliyi və xalqın narazılığının qarşısını almaq üçün belə bir addım atıb: "Almaniyanın məşhur kansleri Bizmarkın dezoinformasiya ilə bağlı məşhur deyimi var. O qeyd edir ki, üç halda dezoinformasiya sürətlə yayılır. 1. Ovçu ova gedib qayıtdıqdan sonra danışdıqlarının əksəriyyəti dezoinformasiyadır. 2. Seçki dövründə informasiyaların çoxu həqiqəti təhrif edir.3. Müharibə dövründə dezoinformasiyalar geniş füsət alır. Xüsusilə qeyd edir ki, tərəflərdən biri bunu özünün siyasi kursuna çevririr. Məsələyə Bismark məntiqi ilə yanaşdıqda Ermənistan dövlətinin eyni siyasəti apardığının şahidi oluruq. Bu ölkədə indiki vəziyyətdə yayılan xəbərlərin əksəriyyəti dezoinformasiyadır. Bu gün Ermənistan hakimiyəti onun fərqindədir ki, helikopterlərinin təmas xətitini keçməsi özlərinə çox baha başa gəlib. Üç hərbiçisi buna görə məhv edilib. Xalqın hakimiyyətə qarşı təzyiqlərini neytrallaşdırmaq üçün qondarma bir yas,vida mərarsimi qurublar. Elman Nəsirov deyib ki, Ermənistan dövləti xüsusi əməliyyat keçirib meyitləri götürdükləri ilə bağlı dezoinformasiya yayaraq ictimaiyyəti aldatmaq istəyir: "Azərbaycanın Müdafiə Nazirliyi də bu məlumatı təkzib etdi. Eyni zamanda ATƏT-in sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik təhlükəsizlik maraqlarından çıxış edərək həmin hadisə yerinə səfərdən imtina etməsi təbii  ki, ərazinin Ermənistan tərəfindən minalanması ilə bağlı idi. Eyni zamanda Azərbaycan tərəfi də həmin ərazini tam nəzarətdə saxlayır. Ermənistan tərəfi Azərbaycanıın razılığı, icazəsi olmadan orada hər hansı bir əməliyyat keçirib öz məqsədini reallaşdıra bilməz. Bu səbəbdən hesab edirəm ki, bu hadisə Ermənistanda daxili vəziyyəti daha da gərginləşdirəcək. Ölkə paytaxtnda açıq şkildə fikirlər səslənir ki, erməni övladlarını sarkisyan rejimi həm ölümə göndərir, həm də onların üzərində  qondarma yas mərasimi təşkil edir. Bu informasiya Ermənistan ictimaiyyətində sürətlə yayılmaqdadır. Düşünürəm ki, bütün bunlar erməni xalqının mövcud rejimin girovuna çevrildiyini təsdiqləyir. İstisna deyildir ki, Ermənistanda bununla bağlı etirazlar dalğasının növbəti mərhələsi başlayacaq". (Aktual.az)

Bənzər yazılar