Britaniya Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər”i tanımır.
Elchi.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld X sosial şəbəkəsində paylaşım edib.
“Böyük Britaniya sentyabrın 9-da Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır. Biz beynəlxalq hüququn prinsip və normalarının əhəmiyyətini vurğulayaraq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”, – səfir qeyd edib.
Yaponiyanın yeni səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib
2 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri Furuya Tokuronu qəbul edib....




















Son şərhlər