"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Qlobal təşəbbüslər Bakıda birləşir

18 İyun 2026 - 19:47
in SİYASƏT
FacebookVatsap

Azərbaycan artıq qlobal miqyasda nüfuzlu və beynəlxalq təşəbbüslərin mərkəzinə çevrilmiş ölkələrdən biridir. Ümumdünya Şəhərsalma Forumundan sonra İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakıda keçirilməsi də ölkəmizin artan beynəlxalq nüfuzunun və etimadının bariz göstəricisidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bütün bunlar Azərbaycanın fəaliyyət gündəliyinin nə qədər çoxşaxəli və geniş olduğunu nümayiş etdirir. Bu fikirləri Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib.

Bunu da oxuyun

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

Deputat söyləyib ki, ölkəmizin xarici siyasətində İslam ölkələri ilə əməkdaşlığa xüsusi önəm verilir. İslam həmrəyliyinin möhkəmləndirilməsi və inkişafı Azərbaycanın beynəlxalq fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi də Azərbaycanla İslam dünyası arasında formalaşmış qarşılıqlı etimadın, ölkəmizin dialoq və əməkdaşlıq məkanı kimi qəbul edilməsinin növbəti ifadəsidir.

Toplantının açılış mərasimində çıxış edən ölkə başçısı Azərbaycanın bu mötəbər tədbirə ikinci dəfə ev sahibliyi etməsinin ölkəmizlə İslam İnkişaf Bankı Qrupu arasında mövcud olan sıx əməkdaşlığın, qarşılıqlı etimadın və uğurlu tərəfdaşlığın bariz göstəricisi olduğunu vurğuladı. Prezident 2010-cu ildə Bakıda keçirilən ilk İllik Toplantını xatırladaraq həmin tədbirin Azərbaycanın iqtisadi islahatlarına, xüsusilə iqtisadiyyatın şaxələndirilməsi və enerji sektorundan asılılığın azaldılması istiqamətində atılan addımlara mühüm təkan verdiyini qeyd etdi. Bununla yanaşı dövlətimizin başçısı ötən dövr ərzində Azərbaycanda və regionda mühüm dəyişikliklərin baş verdiyini, lakin bu dəyişikliklər fonunda ölkəmizin sabit və dayanıqlı inkişaf xəttini qoruyub saxladığını söylədi. Bu isə Azərbaycanın milli maraqlara əsaslanan beynəlxalq əməkdaşlığa açıq və qlobal tərəfdaşlığa sadiq siyasətinin nəticəsidir. Prezident həmçinin qeyd etdi ki, Azərbaycanın müstəqillik dövrü çətin yol keçməsinə baxmayaraq sabit inkişaf və dövlət quruculuğu ilə yadda qalıb. Bu vəziyyət ölkənin iqtisadi və sosial inkişafının əsasını təşkil etməklə yanaşı onun regional və qlobal səviyyədə etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. Prezident İlham Əliyev ölkəmizin iqtisadi qüdrətindən danışaraq bərpaolunan enerjinin Azərbaycanın böyük potensiala malik sahələrindən biri olduğunu və beynəlxalq, yerli şirkətlərlə imzalanmış müqavilələr nəticəsində 2032-ci ilədək ölkəmizdə 8 giqavat həcmində Günəş və külək enerjisi istehsal gücünün yaradılmasının nəzərdə tutulduğunu bildirdi. Hazırda əsas diqqət ötürücü xətlərin yaradılmasına və enerji ixracı infrastrukturunun formalaşdırılmasına yönəlib. Çünki ölkədə istehsal olunacaq əlavə enerji ixrac potensialına malikdir. Bu istiqamətdə əsas bazarlardan biri Avropadır və gələcəkdə Avropa İttifaqının elektrik enerjisinə olan tələbatı uzun müddət yüksək olaraq qalacaq.

Deputat yekunda qeyd edib ki, İslam ölkələri ilə sağlam əməkdaşlıq və Azərbaycanın İslam dünyasının həmrəyliyi istiqamətində nümayiş etdirdiyi mövqe bu ölkələrlə münasibətlərin səmərəli və qarşılıqlı faydalı istiqamətdə inkişafının göstəricisidir. İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakıda keçirilməsi isə onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq əməkdaşlıq üfüqləri daha da genişlənməkdədir. Azərbaycan təşəbbüslər ölkəsi olaraq beynəlxalq gündəmin formalaşmasında fəal iştirak edir, qlobal proseslərin önündə dayanır və aktual məsələlərin açıq müzakirəsinə əlverişli şərait yaradır. Ölkəmizdə keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantısı da bunun növbəti təsdiqi oldu. Bu mötəbər tədbir Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu, etibarlı tərəfdaş kimi mövqeyini və qlobal əməkdaşlığa verdiyi töhfələri bir daha nümayiş etdirdi.

Previous Post

Zahid Oruc: “Gələcəyin zənginlik və kasıblıq bölgüsündə meyarlar dəyişir”

Next Post

Azərbaycan nefti 80 dollara ticarət olunub

Bənzər yazılar

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

16 Oktyabr 2026 - 19:52

Baş Prokurorluğun beynəlxalq axtarışa verdiyi Türkiyənin "Şanlıurfa Olay" qəzetinin köşə yazarı Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib. Elchi.az...

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

16 Oktyabr 2026 - 19:26

"Son vaxtlar Azərbaycanda orta məktəblərlə bağlı hicab məsələsi gündəmə gəlib. Bununla əlaqədar konkret olaraq bildirmək istəyirəm ki, insanın Allaha sevgisi...

Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

16 Oktyabr 2026 - 19:22

Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və EtimadTədbirləri üzrə Müşavirəyə (AQEM) Sədrliyi çoxtərəflidiplomatiyanın uğurlarını nümayiş etdirəm mühümfaktorlardan biridir. Rəsmi Bakı siyasi və...

Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

16 Oktyabr 2026 - 18:42

16 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII...

Next Post
Azərbaycan nefti 80 dollara ticarət olunub

Azərbaycan nefti 80 dollara ticarət olunub

Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb

Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Sabah”ın baş məşqçisi: “Qarabağ” – “Neftçi” oyununu neytral azarkeş kimi izləyəcəyəm

“Sabah”ın baş məşqçisi: “Qarabağ” – “Neftçi” oyununu neytral azarkeş kimi izləyəcəyəm

17 Oktyabr 2026 - 18:43
Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib

Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib

17 Oktyabr 2026 - 18:02
Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir

Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir

17 Oktyabr 2026 - 17:00
İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır

İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır

17 Oktyabr 2026 - 16:35
Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

17 Oktyabr 2026 - 15:40
Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

17 Oktyabr 2026 - 13:59
Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

17 Oktyabr 2026 - 13:41
Hakan Fidan misirli həmkarı ilə görüşdü

Hakan Fidan misirli həmkarı ilə görüşdü

17 Oktyabr 2026 - 13:23
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 - 13:10
Sabah 31 dərəcə isti olacaq

Sabah 31 dərəcə isti olacaq

17 Oktyabr 2026 - 12:56
Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhtudlaşdırılacaq

Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhtudlaşdırılacaq

17 Oktyabr 2026 - 12:48
Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib

Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib

17 Oktyabr 2026 - 12:15
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

17 Oktyabr 2026 - 12:02
Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

17 Oktyabr 2026 - 11:39
Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

17 Oktyabr 2026 - 11:21
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.