Bu il “Qızıl top”u PSJ-nin hücumçusu Lionel Messi qazanacaq.
Bu iddia ilətanınmış jurnalistlər Xosep Pedrerol (“El Chiringuito”) və Matte Moreno (“Calciomercato”) çıxış edib.
Onların fikrincə, səsvermənin nəticəsi artıq məlumdur və argentinalı hamıdan 7-ci dəfə bu titula yiyələnəcək. “Real”ın hücumçusu Kərim Benzemanın ikinci, “Bavariya”nın forvardı Robert Levandovskinin isə üçüncü yeri tutacağı bildirilib.
“France Football” tərəfindən təşkil edilən “Qızıl top”un təqdimetmə mərasimi noyabrın 29-da Parisdə baş tutacaq.
Qeyd edək ki, Lionel Messi bu il Argentina millisi ilə Amerika Kubokunu qazanıb.