SOCAR və Mətbuat Şurasının birgə layihəsi olan “Gənc jurnalistlərin SOCAR qış məktəbi” öz işinə
başlayıb. Teleqraf.com xəbər verir ki, bu gün keçirilən açılış mərasimində tədbiri giriş sözü ilə SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyev açıb. Daha sonra söz SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadəyə verilib. Azərbaycanda neft istehsalının tarixindən danışan X.Yusifzadə sonda gənc jurnalistlərə uğurlar arzu edib. “Qış məktəbi” fevralın 27-dək davam edəcək.
Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb
Hicabdan necə və hansı yaşlarda istifadə etməsi ilə bağlı fiqh alimləri, müctəhidlər çox gözəl bilirlər. Azərbaycanda hicab qadağan olunmayıb. Elchi.az...



















Son şərhlər