Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 687 avtomobil gözləyir.
Bu barədə Elchi.az -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Biləsuvar” gömrük postunda 40, “Mazımqara” gömrük postunda 36, “Samur” gömrük postunda 48, “Xanoba” gömrük postunda 9 yük maşını var. “Astara” gömrük postunda isə maşın yoxdur.
“AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır”, – deyə məlumatda qeyd olunub.
“Merkuri” BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
Sentyabrın 14-də, saat 10:00-da "Merkuri" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Elchi.az bu barədə Azərbaycan...





















Son şərhlər