Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 120 avtomobil gözləyir.
Elchi.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Astara gömrük postunda 84, Mazımqara gömrük postunda 35, Samur gömrük postunda 84 yük maşını var.
Məlumata görə, hazırda Xanoba və Biləsuvar gömrük postlarında gözləyən avtomobil yoxdur.
AYNA daşıyıcıları gömrük postlarındakı yük maşınlarının sayı ilə bağlı davamlı məlumatlandırır. Bu, daşıyıcılara səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı yaradır.
FHN 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzində təlim keçirib – VİDEO
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzində “Baş vermiş fövqəladə hadisələrin qarşısının alınması və...


















